Keçid linkləri

Təcili xəbərlər

Telefonunuzun batareyası sizdən "casusluq" edə bilər


Kommunikasiya ekspertləri bildirirlər ki, bir sıra internet saytları mobil telefonların batareyalarından bu telefonların sahiblərini izləmək üçün istifadə edirlər.

“The Independent” qəzetində dərc olunmuş məqalədə deyilir ki, müxtəlif internet saytları “baxıldıqları” telefonun batareyasında nə qədər enerjinin qalması barədə informasiyanı alırlar.

Ekspertlər deyirlər ki, əslində telefon batareyalarının bu şəkildə qurulması, yəni öz enerji tutumu barədə avtomatik məlumat göndərməsi xeyirxah məqsədlə düşünülüb.

Çünki bir sıra internet saytları onlara “baxan” telefonlarda enerjinin az qaldığını biləndə, özlərinin daha az “enerji yeyən” versiyalarını təqdim edirlər.

Lakin bəzi bədxah insanlar batareyaların bu xüsusiyyətindən telefon sahiblərinin internetdə güdülməsi üçün istifadə edə bilərlər. Beləki, batareyalar avtomatik olaraq telefon istifadəçisinin daxil olduğu saytlar barədə informasiyanı da ötürmüş olur.

Bu informasiyalar brauzerin güdülməsinə və nəticədə onun “oğurlanmasına” və potensial olaraq şantaj üçün istifadə edilməsinə yol aça bilər.

Batareya söhbəti çoxdan vardı...

Nəzəri baxımdan əgər istifadəçi hər hansı sayta baş çəkirsə, sonra telefonun yaddaşını silirsə və “yerini” gizlətməklə başqa sayta “yollanırsa”,bu iki fəaliyyətin əlaqələndirilməsi mümkün olmamalıdır.

Lakin məsələ də burasındadır ki, bütün hallarda batareyanı gizlətmək mümkün deyildir. Bu batareyalarda hələ nə qədər enerjinin olması isə artıq qiymətli informasiya sayılır.

Əslində batareyaların göndərdiyi siqnallardan telefon sahibinin izlənməsi üçün istifadə edilə biləcəyi barədə söz-söhbət çoxdan dolaşırdı. İndi isə tədqiqatçılar bundan reallıqda istifadə edildiyini müəyyənləşdiriblər.

Ekspertlər bu qənaətdədirlər ki, bu sayaq izləmə adamların əsl kimliyini və yerlərini aça bilər.

Bu da bildirlir ki, bəzi şirkətlər batareya məlumatından müştərilərdən pul qoparmaq üçün istifadə edirlər.

Telefonundakı batareyası sönməkdə olan müştərilər adətən xidmətlər üçün istənilən qiymətə dərhal razılaşırlar.

Ən son yazılan

XS
SM
MD
LG