Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:44

«Maarifçi» Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələr üçün növbəti ərizə qəbuluna başlayıb. Xəbəri Təhsil Nazirliyi yayıb.

Xəbərdə bildirilir ki, elan 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borclarından ötrü nəzərdə tutulub.

Kredit almaq istəyən tələbələr Azərbaycan vətəndaşı olmalı, müvafiq təsisçi universitetlərin birində təhsil almalı və maliyyə yardımına ehtiyac duymalıdır.

Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat Fondun rəsmi saytında yerləşdirilib.

Hər il tələbə 4 min manat olmaqla, illik 8 faizə 5 ildə 20 min manatlıq kredit götürə bilər. Tələbə bu krediti tələbəlik dövründə qaytara bilməsə o, məzun olduqdan sonra ən geci 5 il müddətində bu yükdən qurtulmalıdır.

Müraciətlər oktyabrın 31-dək qəbul ediləcək.

Fond Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb və 2015-ci ilin oktyabrında Qeyri-Hökumət Təşkilatı kimi Ədliyyə Nazirliyində qeydə alınıb.
Birinci elan sessiyasında fondun seçim meyarları çərçivəsində 55 elektron müraciətə baxıldığı, onlardan 22 tələbə ilə kredit müqaviləsi imzalandığı bildirilir.

Fond təhsil, yataqxana, tədris materialları, elmi-tədqiqat, araşdırma kimi kreditlər nəzərdə tutur. Amma Fond, hələ ki, ancaq təhsil haqları kreditləri verir.

Fondun təsisçiləri BDU, Dillər Universiteti, Pedaqoji Universitet, Neft və Sənaye Universiteti, Texniki Universitet, Dövlət İqtisad Universiteti, Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG