Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:41

İranın paytaxtı Tehranda havanın həddən artıq çirklənməsi yenə problem yaradıb.

Bazar günündən şəhərin üzərinə tünd bozumtul tüstü çöküb.

Hakimiyyət insanlara evdə qalmaq və ya maskalardan istifadə etməyi məsləhət görür.

I

I

Ölüm təhlükəsinin səviyyəsi bazar ertəsi normadan 3 dəfədən də çox olub.

Bazar ertəsi Tehran və ölkənin digər şəhərlərində uşaq bağçaları və məktəblər bağlanıb.

İRNA agentliyinin məlumatına görə, şəhərin iki mərkəzi hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, ən çirkli və gur rayonlarda təcili yardım maşınları qoyulub.

Tehran meri Məhəmmdə Bağır Qalibaf (Mohammad Bagher Ghalibaf) əhaliyə nümunə olmaq üçün bazar günü işə metroyla gedib.

Tehranda 100-ə yaxın metro stansiyası olsa da, hökumət tərəfindən lazımınca maliyyələşdirilmir və Tehran dünyanın ən çox tıxac olan şəhərlərindən biridir.

Havanın çirklənməsi son illər İranda siyasi oyuna çevirilib, mühavizəkarlarla islahatçılar buna görə bir-birlərini günahlandırırlar.

Mühavizəkarlar daima islahatçı vitse-prezident və ətraf mühitin mühavizəsi təşkilatının rəhbəri Massumeh Ebtekarı (Massoumeh Ebtekar) lazımınca iş görməməkdə günahlandırırlar.

Qatı mühavizəkar”Vatane Emruz” qəzetinin yazdığına görə, Tehranda ölümlərin 70 faizi ətraf mühitin çirklənməsinə görədir.

Çirklənmənin, çərşənbə günü külək gələnədək davam edəcəyi bildirilir.

Rəsmilər, belə havanın xüsusilə yaşlılar, hamilə qadınlar, uşaqlar, ürək və nəfəs yolu problemi olanlar üçün təhlükəli olduğunu deyirlər.

Problemə görə, Tehran ətrafındakı qum və sement zavodları bağlanıb.

Hər il Tehranda eyni problem yaranır. Şəhərdə 10 milyonadək köhnə maşın və motosiklet var.

Yerli avtomobil zavodları İrana qarşı beynəlxalq sanksiyaların götürülməsindən sonra, indi daha təmiz mühərriklər buraxmağa çalışırlar.

2014-cü ildə Tehranda havanın çirklənməsinə görə təxminən 400 nəfər ürək və nəfəs yolu problemi ilə xəstəxanaya düşüb, təxminən 1500 nəfərsə müalicə almalı olub.

Səhiyyə nazirliyinin məlumatına görə, havanın çirklənməsi 2012-ci ildə Tehranda 4500, ölkədə isə 80 minə yaxın erkən ölümə səbəb olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG