Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:55

'Təfəkkür' Universiteti qapadıldı


Təfəkkür Universiteti
Təfəkkür Universiteti

Təhsil Nazirliyi “Təfəkkür” Universitetini qapadıb. Bununla bağlı qərarın universitetin müraciəti əsasında çıxarıldığı bildirilir.

Nazirliyin mətbuat xidməti xəbər verir ki, “Təfəkkür ” Universiteti 2016-cı ilin oktyabrında Təhsil Nazirliyinə müraciət edib. Müraciətdə universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətin dayandırılması barədə qərar qəbul etdiyi bildirilib.

Buna da bax:​ Azərbaycana daha bir “mühəndis universiteti” lazım idimi?

Nazirlik müraciəti və universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq 2017- 2018-ci tədris ilində ora tələbə qəbulunun proqnozlaşdırılmaması ilə bağlı qərar qəbul edib.

Qərarda tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkilindən ötrü İşçi Qrupunun yaradılması da nəzərdə tutulub.

İşçi Qrup tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirlik rəhbərliyinə təqdim etməlidir.

Buna da bax:​ Azərbaycan 'Ən yaxşı universitetlər' siyahısında yoxdur

Nazirlik bildirir ki, “Təfəkkür”-ün tələbələrinin ixtisasları, qəbul imtahanlarında topladıqları ballar nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində yerləşdirilmələrinə lazımi şərait yaradılacaq.

Köçürüləcəkləri universitetlərdə onlara təhsil haqqının artımına yol verilməyəcəyi də nazirliyin məlumatında qeyd olunub.

“Təfəkkür” Universiteti özəl ali təhsil müəssisəsi idi.

Buna da bax: 'Bir ana lazımdır ki, Azərbaycanın bu durumuna ağlasın'

Universitet Nazirlər Kabinetinin 1995-ci il sentyabrın 11-də verdiyi qərar ilə dövlət qeydiyyatına alınmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG