Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:43

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizədliyini vermiş Ted Cruz-un seçki kampaniyası üçün çəkilmiş çarx bir gün sonra yayımdan yığışdırılıb. Buna səbəb reklam çarxında keçmiş porno aktrisanın çəkilməsi olub.

Artıq yayımdan çıxarılan reklam çarxı hücüm xarakterli olub, Ted Kruzun rəqiblərindən Marco Rubio-nun əleyhinəymiş.

AKTRİSA İNCİMƏDİYİNİ DEYİR

“Mənim hal-hazlrda Ted Cruz-ə qarşı heç bir incikliyim yoxdur. Onun görməli olduğu işi var”, - bunu veteran porno aktrisa Amy Lindsay, Jake Tapper-in CNN-də yayımlanan "The Lead" proqramında deyib. “Mən orta sinifin nümayəndəsiyəm və mənim də görməli öz işim var”.

Cruzun seçki kampaniyasının menecerləri Amy Lindsay-in porno filmlərdə çəkildiyini aşkar etdikdən bir gün sonra reklam çarxını yayımdan yığışdırıblar.

Marco Rubio

Marco Rubio

Bu çarx “Conservatives Anonymous” ( mühafizəkarlar anonimdirlər) adlanır. Dairə vurmuş kişilər və qadınlar Floridadan olan senatoru (Marco Rubio nəzərdə tutulur) dəstəklədiklərinə görə peşman olduqlarını söyləyirlər. Mübahisəyə səbəbsə Marco Rubio-nun “Amnistiya” adlanan immiqrasiya qanun layihəsidir.

“Bəlkə, siz gələn dəfə ancaq yaraşıqlı sifətə deyil, başqa dəyərlərə də səs verəsinız?”, - Amy Lindsay qrupa müraciət edir. Bundan sonra Rubionun şəkli olan koynəkdə daha bir nəfər kişi qapıda görünür: “Cavanlar, mənim üçün də aranızda yer olarmı?..”

TED CRUZ ÇARXI SƏHİFƏSİNDƏ SAXLAYIR

Kampaniyaya cavabdeh olan şəxslər qadının keçmişi haqda məlumat alandan az sonra videoçarxı YouTube-dan belə yığışdırıblar. Amma Cruz-un saytında hələ də "Conservatives Anonymous" web səhifəsi qalmaqdadır.

Cruz fevralın 12-də Cənubi Carolinada reportyorlara deyib ki, Lindsay sadəcə açıq kastinqə qatılmaqla çarxa çəkilmək şansı qazanıb. O, baş verənlərə görə reklamda çəkilmiş aktyorların seçiminə məsul olan şirkəti günahlandırıb.

Ted Cruz

Ted Cruz

Prezidentliyə namizəd “aktrisalardan biri bizim məlumatımızdan daha zəngin film tarixçəsinə malik imiş” deyib. “Əgər biz bu xanımın tarixçəsini bilsəydik onu kastinqə götürməzdik”, - daha sonra əlavə edib.

LİNDSAY-İN SOSİAL ŞƏBƏKƏDƏ VERDİYİ CAVAB

Aktrisa Amy Lindsay ona qarşı yönələn ciddi tənqidlərə cavab olaraq Ttweet və Instagramda yazıb:

“ Ted Cruz kampaniyasında mənim də rol aldığım hissənin milli televiziyadan götürülməsinə görə çox məyus oldum”.

Lindsay aparıcı Tapper-ə isə deyib ki, onunla bağlı mövqedən dilxor deyil və seçki kampaniyasına cavabdeh olanların yanaşmasını başa düşür.

“Mən fikirləşmirəm ki, bu xristianyönümlü deyil. Mən fikirləşirəm ki, bu adi siyasətdir”, o bildirib. “Bu tələskənlik üzündən baş vermiş hadisədir. Kimsə qərar qəbul etməlidir və bəzən bu qərarın geri alınması sadəcə daha yaxşıdır”.

Amy Lindsay "" "Insatiable Desires" və "Forbidden Sins" daxil olmaqla bir çox filmlərin çəkilişlərində iştirak edib. O həm də bir çox geniş yayılmış filmlərdə epizodlarda görünüb. 2001-ci ildə istehsal olunmuş "Star Trek: Voyager"-də olduğu kimi.

Ted Cruz-un reklam kampaniyası zamanı daha bir reklam çarxı yayıma çıxıb, bu zaman onun rəqibi Trump əxlaqsızlıqda günahlandırılır və xarakteri tənqid edilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG