Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:28

Bakıda xalq teatrtları festivalı keçirilir


.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, bu qurumun təşkilatçılığı ilə keçirilən festivalın məqsədi ölkədə xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi və həvəskar teatr kollektivlərinin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaqdır.

Bakı şəhər Xalq Teatrları Festivalında aşağıdakı kollektivlər iştirak edəcək:

  1. H.Abbasov adına Mədəniyyət evinin Xalq kollektivi,
  2. Badamdar qəsəbə Mədəniyyət evinin Xalq teatrı,
  3. H.Sarabski adına Mədəniyyət evinin Xalq teatrı,
  4. M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin Kukla Xalq teatrı,
  5. M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin Xalq teatrı,
  6. Müşfiqabad qəsəbə Mədəniyyət evinin dram dərnəyi,
  7. Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin Yaradıcı kollektivi,
  8. Xətai rayon Mədəniyyət Mərkəzinin Qaravəlli Xalq teatrı,
  9. Binəqədi Mərkəzi Mədəniyyət evinin A.Qurbanov adına Xalq teatrı,
  10. Ə.Əmirov adına Mədəniyyət Sarayının dram dərnəyi,
  11. İ.Əbilov adına Mədəniyyət Mərkəzinin Ə.Ələkbərov adına Xalq teatrı,
  12. Mərdəkan Mədəniyyət Sarayının R.Əlizadə adına Teatr studiyası,
  13. Şüvəlan qəsəbə Mədəniyyət evinin Xalq kollektivi,
  14. Nizami adına Mədəniyyət Mərkəzinin "Mərdəkan" Xalq teatrı.

Maraqlıdır ki, Bakı şəhər Xalq Teatrları Festivalında iştirak edəcək kollektivlər tamaşaları məhz “Mərdəkan Xalq teatrı”nın 95 illik fəaliyyəti dövründə oynanılmış əsərlərin içərisindən seçiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG