Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:00

“Şirin kişi”nin, “Həkim Eldostu”nun 100 illik yubileyi keçirildi


Gəncəli məşhur soyadın davamçısı Məmmədrza Şeyxzamanov bir zamanların nəhəng aktyoru sayılırdı...

Xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsindən görüntü.

Xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsindən görüntü.

Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə,xatirə gecəsi bu qurumun , Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının birgə xəşkilatçılığı ilə baş tutub.

Xatirə gecəsində M. Şeyxzamanovun sənət dostları görkəmli sənətkarın həyat və yaradıcılığından danışıb, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub.

Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru Azərpaşa NemətAzərbaycan teatr və kino sənətində M. Şeyxzamanovun xidmətlərini belə qiymətləndirib: “Sevinirəm ki, Məmmədrza Şeyxzamanovun xatirə gecəsi onun doğma teatrrında keçirilir. Məmmədrza müəllim nəhəng aktyor kimi adını teatr və kino tariximizə qızıl hərflərlə yazdırıb, onun bütün rolları yaddaqalan olub”.

Tədbirdə sənətkarın ailəsinin 1937-ci ildə repressiya ilə üzləşməsindən bəhs edən səhnə, xalq artistinin sənət yolunu özündə əks etdirən sərgi xatirə gecəsinin iştirakçılarınıa təqdim olunub.

Yubiley mərasiminin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov idi. Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 1954-cü ildən M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayıb.

Teatrda “Göz həkimi”ndə Şahbazov, “Qış nağılı”nda Poliksen, “Fərhad və Şirin”də Xosrov, “Vaqif”də Qacar, “Otello”da Otello, “Aydın”da Aydın, “Qaçaq Nəbi”də Qaçaq Nəbi, “Vaqif”də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradıb.

Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə “Bəxtiyar” filmində Rəcəbov rolu ilə çıxıb.

Xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsindən görüntü.

Xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsindən görüntü.

Müxtəlif illərdə “Qızmar günəş altında”da Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı”da polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm kimi obrazlar yaradıb.

1963-cü ildə Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində - “Əhməd haradadır”da Şirin kişi rolunda çıxış edib.

1976-cı ildə sənətkar daha bir yaddaqalan obrazını yaradıb. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” filmində İsfəndiyar kişi rolunda çıxış edib.

Şeyxzamanov 1984-cü il yanvarın 25-də vəfat edib.

Gəncə əsilzadələrindən olan Şeyxzamanovlar Şeyx Nizaminin nəslindəndirlər.

İmamzadə türbəsi və ona yaxın ərazilər bu soyada məxsus olub.

Azərbaycan Cümhuriyyətininqurucularından Nağı bəy Şeyxzamanlı da bu kökdəndir.

Məmmədrza Şeyxzamanov elə bu üzdən repressiya illərində incidilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG