Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:07

Çeçenistanı hansı klanlar idarə edir: Taymasxanovlar


Ramzan Kadırov və Bekxan Taymasxanov (sağda). QroznıTV-nin saytı Kadırovun Taymasxanovu "Əl-fəxr" ordeni ilə təltif etməsindən yazır
Ramzan Kadırov və Bekxan Taymasxanov (sağda). QroznıTV-nin saytı Kadırovun Taymasxanovu "Əl-fəxr" ordeni ilə təltif etməsindən yazır

Taymasxanovlar klanı Çeçenistanda mövqeyini gücləndirir.

Maksud Taymasxanov Rusiya Ədliyyə Nazirliyinin Çeçenistan üzrə idarəsinin rəisi təyin edilib.

Onun namizədliyini Çeçenistan lideri Ramzan Kadyrov verib.

Çeçenistanda hökumətin formalaşdırılması birbaşa namizədlərin Ramzan Kadyrova nə qədər sadiq olmasını göstərir.

Taymasxanovlar ailəsi uzun illərdir ki, Kadyrov klanının ayrılmaz tərkibi kimi qəbul olunur.

Bu ailənin üzvləri artıq 8 ildir ki, müxtəlif hökumət vəzifələrində çalışırlar ki, bu qədər vəzifədə qalmaq Kadyrov Çeçenistanında çox azlarına nəsib olur.

Taymasxanovlar ailəsi, Kadyrovlar kimi əslən Tsentroy kəndindəndir. Bu kənd Xosi-yurt kimi də tanınır.

Taymasxanovlar hələ yenidənqurma dövrü, respublikada kooperatif hərəkatı başlayandan tanınırlar.

“Kavkaz.Realii” yazır ki, Maksud Taymasxanovla yanaşı onun xeyli qohumu da respublika və ondan kənarda qazanclı vəzifələr tuturlar.

Məsələn Xasan Taymasxanov 2008-ci ildən Qroznı dövlət neft institutunun rektorudur.

Taymasxanovlar nəslinin gənc üzvləri də ədliyyə, biznes və siyasət sahələrində çalışırlar.

Qalas Taymasxanov Çeçenistan hökuməti və administrasiya rəhbərinin birinci köməkçisi, həmçinin sənaye və energetika naziridir. 1999-cu ilin yanvarında banditlər tərəfindən oğurlanıb və 9 aylıq girovluqdan sonra azad edilib.

Onun Arqundakı “Pişemaş” zavovunun bazasında avtomobil istehsalını artırması fəaliyyəti dövründə əsas nəaliyyətlərindən biridir.

Bekxan Taymasxanov isə 2008-ci ildən Çeçenistan rəhbərinin Rusiya prezidenti yanında səlahiyyətli nümayəndəsi, eyni zamanda Çeçenistan hökumətinin sədr müavinidir.

Xasani Taymasxanov da uzun illər kənd təsərrüfatı naziri olub, hazırda isə Çeçenistan rəhbəri və hökumətin müşaviridir.

Birləşmiş Ərəb Əmirliklərində yaşayan Baxa Taymasxanov isə bizneslə məşğuldur və Taymasxanovlar klanının qeyri-rəsmi rəhbəri hesab olunur.

Taymasxanovların gənc üzvləri də ədliyyə,biznes və siyasi sahələrdə çalışırlar. Ümumilikdə bu ailənin təxminən 12 üzvü Çeçenistanda yüksək vəzifələr tuturlar.

Moskvanın Maksud Taymasxanovu ədliyyə naziri vəzifəsinə təyin eləməsi bu ailənin mövqeini xeyli gücləndirir, baxmayaraq ki, Çeçenistanda hər şey Ramzan Kadyrovun tam nəzarəti altındadır və istənilən təyinat reallıqda müvəqqəti xarakter daşıyır.

Belə şəraitdən sağ çıxmağın bircə şərti var-yorulmadan respublika rəhbərinə sadiqlik göstərmək, Taymasxanovlar ailəsi isə bunu kifayyət qədər edə bilib.

Taymasxanovlar açıq siyasi ambisiya nümayiş etdirmirlər (hər halda indi),klanın bütün fəaliyyəti Kadyrovun ətrafında nüfuzunu və öz iqtisadi mövqelərini qoruyub saxlamağa yönəlib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG