Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:03

Midiyadan bəri tarixi Azərbaycan dövlətlərinin bayraqları sərgiyə çıxarılıb


Əziz Alpoutun qızı Gülər Somer (solda) və yazıçı-jurnalist Zakir Sadatlı, 2011

Əziz Alpoutun qızı Gülər Somer (solda) və yazıçı-jurnalist Zakir Sadatlı, 2011

9 Noyabr Dövlət Bayrağı Günü ərəfəsində Silahlı Qüvvələrdə "Bayrağım - varlığım, bəxtiyarlığım" devizi altında hərbi vətənpərvərlik həftəsinə start verilib. Xəbəri Müdafiə Nazirliyi yayıb.

Həftə ərzində Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də cəbhəyanı rayonların icra orqanları ilə birlikdə silsilə tədbirlər həyata keçiriləcək: “Açıq səma altında Azərbaycanın tarixi bayraqları sərgisi təşkil olunacaq, bayraq haqqında şeir, mahnı və marş müsabiqələri keçiriləcək”.

Buna da bax: Azərbaycan Bayrağı: çox yayılmış 5 yanlış (İnfoqrafika)

Nazirlik bildirib ki, Gəncədə sərgiyə yüzdən çox bayraq çıxarılıb. Bunlar Midiya dövründən başlayaraq, Atabəylər, Səfəvilər, Hülakilər, Ağqoyunlular, Qaraqoyunlular, Şirvanşahlar, Avşarlar, eləcə də, Gəncə, Bakı, İrəvan, Qarabağ, Şəki xanlıqlarının bayraqları olub.

Sərgidə Xalq Cümhuriyyətinin Gəncədə qəbul edilən ilk bayrağından 1991-ci ildə qəbul edilən müasir üçrəngli bayrağınadək 9 bayraq nümunəsi nümayişetdirilib.Bundan başqa, sərgidə Müasir Azərbaycan Silahlı Qüvvələrinin hərbi döyüş bayraqları və ilk hərbi paradda Azadlıq meydanında təqdim olunan Azərbaycan Xalq Cümhuriyyətinn döyüş bayrağı da tamaşaçılara təqdim edilib.

Buna da bax: Bayraq nə vaxt ruha çevrilir?

Günün bütün mövzuları

XS
SM
MD
LG