Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Y.Abramov: 'Məmurların bahalı villaları haradandır?'


Yevda Abramov
Yevda Abramov

Dekabrın 7-si parlamentdə gələn ilin dövlət büdcəsinin müzakirəsi davam etdirilib.

«Report»un xəbərinə görə, deputat Yevda Abramov bildirib ki, dünyada baş verən proseslər Azərbaycanın büdcəsinin formalaşmasına da təsir edib. O, Tarif Şurasını da tənqid edib: «Həmişə xalqın dərdini müzakirə etmişəm, kiminləsə şəxsi problemim yoxdur. Tarif Şurası qərar qəbul edərkən hansı arqumentləri əsas götürür? Deyirlər, bu qərar aztəminatlı ailələrə təsir etməyəcək, mən buna inanmıram. Azərbaycanda əhalinin yoxsulluq səviyyəsi yüksəkdir, ona görə də elektrikdən, təbii qazdan az istifadə edirlər. Belə bir vaxtda xalqın boğazından tutub çətinliyə sürükləmək doğru deyil. Bilmirəm, məmurlar, bəzi insanlar qərar qəbul edəndə xalqı düşünürlərmi?».

Buna da bax-'Qazın, işığın puluna idman oyunları keçiriləcək'

Y.Abramov «qara bazar»da dolların satılmasına da münasibət bildirib. O deyib ki, bu işə nəzarət olunmur: «Metro stansiyalarının çıxışlarında dollar satılır. Bir gündə dollar 4-5 manat fərqlə satılır. Harandadır bu adamların maşınlarında bu qədər dollar? Mən danışıram, bəziləri incik düşür. Korrupsiya ilə mübarizə aparmaq lazımdır. Məmurların bahalı villaları haradandır? Dağda, bağda hər yerdə villaları var. 2017-ci il də çətin olacaq, məmurlar xalqa yaxın olmalıdırlar».

Noyabrın 28-də Tarif Şurası bəzi kommunal xidmət haqlarının «şaxələndirilmiş ödəmə sistemi»nin tətbiqi haqqında qərar qəbul edib.

Əhali illik 1500 kubmetr həddi keçmədiyi təqdirdə qazın hər kubmetrinə görə 10 qəpik, bundan artıq hissəsinə 20 qəpik ödəniş edəcək. Bu dəyişiklik yanvarın 1-dən qüvvəyə minəcək.

Aylıq məsrəf 250 kVt/saat elektrikə görə qiymət 7 qəpikdir. Dekabrın 1-dən bundan artıq isə 11 qəpikdən hesablanır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG