Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:59

Azərbaycan ciddi sınaq qarşısında


"Günəşli" yatağında
"Günəşli" yatağında

►Azərbaycan qazının Avropaya daşınması üçün kəmər çəkilməsinə 1,5 milyard dollar kredit ayrılması bu qərardan asılıdır...

Oktyabrın 5-də “Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyasının 161-ci Şura iclası keçirilib.

Bu haqda koalisiyadan Qubad İbadoğlu məlumat verib.

Onun bildirdiyinə görə, iclasda əsasən Mədən Sənayesində Şəffaflıq Təşkilatının (MSŞT) beynəlxalq idarə heyətinin növbəti toplantısına hazırlıq məsələləri müzakirə edilib. İştirakçılar koalisiyanın MŞŞT-nin İdarə Heyətinin oktyabrın 25-də Astan şəhərində keçiriləcək toplantısında təqdim olunacaq mövqeyini razılaşdırıblar.

Astanda keçirilməsi planlaşdırılan toplantıda Azərbaycanın MSŞT-dəki tamhüquqlu üzvlük məsələsi də müzakirə edilməlidir.

Buna da bax:​ Qubad İbadoğlu: ‘Bu, bizim son şansımızdır’

Azərbaycan 13 ildir ki, təşəbbüsə üzv olub. Ancaq 2015-ci ilin aprelində beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə Azərbaycanın statusu tamhüquqlu üzvlükdən namizədə qədər azaldılıb.

Azərbaycanın tamhüquqlu üzvlük məsələsinin diqqət mərkəzində olacağı Astana toplantısından öncə ciddi sayılacaq xəbərdarlıq bəyan olunmuşdu.

Türkiyənin Anadolu Agentliyinə danışan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB ) enerji və təbii sərvətlər direktoru Rikardo Puliti MSŞT-də statusun aşağı salınmasının Azərbaycana yaratdığı mühüm bir təhlükənin anonsunu vermişdi.

O, “Astana şəhərində... veriləcək qərar AYİB-in TANAP və TAP layihələrinin maliyyələşdirilməsinə 1,5 milyard dollar həcmində krediti ayırıb-ayırmayacağında əsas rol oynayacaq”, deyə bildirmişdi.

Buna da bax:​ AİB kredit məsələsinə sentyabrda baxacaq

TANAP və TAP layihələri «Cənub Qaz Dəhlizi»nin ayrı-ayrı hissələrini təşkil edir.

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi «Şahdəniz-2»dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır.

Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi isə Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və TANAP-ın davamıdır. «Şahdəniz-2» yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG