Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:36

Zeynəb Xanlarova: «Əsas odur ki, xalqın adamı olasan»


Zeynəb Xanlarova
Zeynəb Xanlarova
Bugünkü həmsöhbətimiz incəsənət sahəsində keçmiş Sovetlər Birliyinin ən yüksək titulunu alan Azərbaycanın çox az adamlarından biridir. Bir vaxtlar SSRİ Xalq Artisti adını almağı bacaran bu sənətkar sonradan, 1990-cı ildə həmin addan imtina etməyi də bacarmışdı. Adına «Şərqin ulduzu» deyilsə də, Avropa, Amerika, hətta Avstraliya səfərlərindən sonra yerli kütləvi informasiya vasitələri bir müddət ondan danışırdılar. 1991-ci ildə müstəqilliyini bərpa edəcək Azərbaycanı hələ 80-ci illərdə o, öz mahnılarında 70-dən çox ölkəyə – İtaliyadan Hindistana, Birləşmiş Ştatlardan Yaponiyaya qədər aparıb sadə insanlara tanıtdırır, sevdirirdi. Onu Azərbaycanın ən uzunömürlü parlamentarisi də adlandırmaq olar. Düz 25 ildir ki, o, fasiləsiz olaraq respublikanın ən ali məclisinin üzvüdür. Qonağımız Zeynəb Xanlarovadır

– Zeynəb xanım, nədənsə çoxdandır efirdə görünmürsünüz?


– Mən həmişə özümə qiymət verən adam olmuşam. Azərbaycanda nə qədər kanal var e, birinə getmərəm. Açığını deyim ki, mən səviyyədə [sənətkar] artıq qalmayıb. Hamısı gedib. Məsəl üçün, Rəşid Behbudovla birlikdə çıxardıq. İndi mən istəmirəm uşaq-muşaqla səhnəyə çıxım...


- Uşaq-muşaqdan çox danışırlar. Bax, bunun günahı kimdədir?


- Onlarda təqsir yoxdur. Təqsir onları səhnəyə buraxandadır. Biz oxumağa təzə çıxanda, qəzəlimizə baxardılar ki, görək hansı mahnını oxuyacağıq. Çünki xalqın, milyonların qabağına çıxmaq məsuliyyətdir. Səsinə baxardılar. İndi bilirsiz, mahnını evdə yazdırır, sonra gedib ağzını açıb oxuyur. Bizdə elə şey yox idi, hamısı canlı idi...


- Amma mahnını evdə yazdırırlar dediyiniz adamlar mükafatlar da alırlar, özü də dövlət mükafatları


- Bilirsiz, mən bu qədər titul almışam, hamısı zəhmətimlə gəlib çıxıb. Xəbərim olmadan SSRİ-yə qədər qalxmışam. Yəni əsas odur ki, xalqın adamı olasan. Gərək xalqın dilində oxuyasan, itirməyəsən öz kimliyini... Mən demirəm ki, camaat çadra salsın başına. Ancaq abır-aya var, milyonların qabağına çıxırsansa, o milyonlara hörmət etməlisən. İndi nə deyim e? Alverə dönüb də. Müğənni deyir ki, axşam mənə xalq artisti verəcəklər. Nədən? Çünki bilir ki, verib və verdiyinin müqabilində də o adı almalıdır...


ƏTRAFLI AUDİO HİSSƏDƏ


XS
SM
MD
LG