Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:50

ABŞ Taliban liderinin “deyəsən öldürüldüyünü” xəbər verib


Molla Akhtar Mohammad Mansour
Molla Akhtar Mohammad Mansour

ABŞ rəsmiləri Əfqanıstandakı Talibanın lideri Molla Akhtar Mansour-ın “çox güman hava zərbəsilə öldürüldüyünü” xəbər veriblər

ABŞ rəsmiləri Əfqanıstandakı Talibanın lideri Molla Akhtar Mansour-ın “çox güman hava zərbəsilə öldürüldüyünü” xəbər veriblər.

Məlumatda deyilir ki, o və daha bir kişi Pakistanın Əfqanıstan sərhədinə yaxın ucqar bölgəsində maşınla gedərkən vurulublar.

Pentaqon spesifik olaraq Mansour-un hədəfləndiyini təsdiq edib, lakin bildirib ki, hava zərbəsinin nəticələri qiymətləndirilir.

Mansour 2015-ci ilin iyulundan liderlik postunda Talibanın banisi və ruhani lideri Molla Mohammad Omar-ı əvəz edirdi.

Obama-nın əmri ilə

Bu əməliyyat prezident Barack Obama-nın göstərişi ilə şənbə günü Əhməd Val şəhəri yaxınlığında həyata keçirilib.

Qərb mediası bildirir ki, əvvəllər Taliban liderlərinin məhv edildiyi barədə təsdiq olunmayan xəbərlər yayılıb.

Məsələn, Molla Omar 2013-cü ildə ölsə də Taliban bu xəbəri yalnız 2 ildən sonra təsdiq edib.

Molla Mansour-un özünün ölüm xəbəri hələ ötən il yayılsa da, Əfqanıstan hökuməti bunu təkzib etmişdi.

Bu da xəbər verilir ki, Mansour-un liderliyə təyinatı Taliban rəhbərliyində birmənalı qarşılanmamışdı.

Taliban 2014-cü ildə Beynəlxalq qoşunlar bu ölkəni tərk edəndən bəri Əfqanıstanda bir sıra hərbi uğurlar əldə edib.

Molla Mansour kimdir?

Uzun müddət Taliban liderinin əvəzi kimi fəaliyyət göstərmiş Mansour Molla Omarı-ın yaxın silahdaşı kimi tanınır.

O 1960-cı illərdə Qəndəharda doğulub və Taliban bu ərazidən çıxarılandan sonra əyalətin “kölgə qubernatoru” təyin edilib.

Əfqanıstanın Taliban hökumətində mülki aviasiya naziri vəzifəsində işləyib.

BMT-nin məlumatna görə narkotik maddələrin ixracatında əsas rollardan birini oynayıb.

2010-cu ildə Mansour olduğunu iddia edən bir nəfər prezident Hamid Karzai ilə danışıqlar aparsa da, sonradan onun qondarma şəxs olduğu üzə çıxıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG