Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

Bakıda taksilərin vergilərə cəlb edilməsi məqsədilə reydlər başlanıb.

Bu haqda Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Mais Ağayev məlumat verib.

O, Trend-ə açıqlamasında artıq araşdırmalara başlandığını bildirib.

“Əsas məqsəd taksi xidməti ilə məşğul olan fiziki və hüquqi şəxsləri fərqlənmə nişanları almağa cəlb etməkdir. Bunula bağlı agentlikdə xüsusi işçi qrupu yaradılıb və həmin qrup şəhərdə taksilərin sıx toplaşdığı ərazilərdə araşdırmalara başlayıb. Fərqlənmə nişanlarının alınmasının əsas üstünlüyü odur ki, biz Bakıda fəaliyyət göstərən taksilərin sayını müəyyənləşdirəcəyik. Bundan sonra, Bakıda fəaliyyət göstərən taksilərin vahid qeydiyyat sistemi yaranacaq. Proses nəticəsində taksi sahəsində büdcəyə vergi daxilolmaları asanlaşacaq və artacaq”, agentlik rəsmisi deyib.

M.Ağayev deməsinə görə, fərqlənmə nişanını istənilən bank filialında 18 manat rüsum ödəməklə əldə etmək olar.

Fərqlənmə nişanı alan bütün taksilər şəhərin istənilən nöqtəsində dayana və normal taksi fəaliyyəti ilə məşğul ola bilər. Nişan hər ay alınmalıdır.

Fərqlənmə nişanı almayan taksiləri isə cəza gözləyir. Qurum rəsmisi cəzaların detalları haqda danışamyıb.

Xatırladaq ki, bir neçə gün əvvəl vergilər nazirinin müşaviri Ələkbər Məmmədov sahibkarlıq hüququ olmayan fiziki şəxslərin hesabına büdcəyə ödənişlərin artırılmasını hədəflədiklərini demişdi.

Nazirlik rəsmisi özəl təmirçilər, dayələr, bərbərlərdən tutmuş, ev qulluqçularınadək bütün sahibkar olmayan fiziki şəxsləri vergiyə cəlb edəcəklərini açıqlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG