Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

Tacikistanın müstəqil qəzeti “Nigoh” (“Baxış”) yaradıldığının 10-cu ildönümündə fəaliyyətini dayandırıb.

“Nigoh”ın təsisçiləri bunun səbəbləri barədə açıqlama verməyiblər, yaydıqları bəyanatda sadəcə, qeyd ediblər ki, qəzetin çapı üçün “kifayət qədər şərait yoxdur”.

EurasiaNet.org yazır ki, qəzetin heç bir borcu yoxdur, hətta 2017-ci ilə qədər işçilərinə maaş verəcəyini də vəd edib.

EurasiaNet.org hesab edir ki, “Nigoh”u fəaliyyətini dayandırmağa Tacikistan hakimiyyəti məcbur edib. Tacik rəsmiləri qəzetin qadağan edilmiş İslam Partiyası barədə yazmasından narahat imiş, - EurasiaNet.org bildirib.

Buzurgmehr Yorov

Buzurgmehr Yorov

“Nigoh” beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı hüquqşünas Buzurgmehr Yorov-un məhkəmədə mühakiməsini tənqid edən silsilə yazılar da çap edib. Yorov sosial iğtişaşlara təhrik etmə və hakimiyyət dəyişikliyinə çağırış ittihamı ilə 23 il həbs cəzasl alıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG