Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:54

Bütün mədrəsələr bağlandı


İllüstrasiya
İllüstrasiya

►İndən belə Tacikistanda mədrəsələrin əvəzinə, ölkə məktəblərində 9-cu sinifdə oxuyanlara "İslamın əsasları" fənni tədris ediləcək.

Ölkənin ali məktəblərində isə bu ildən "Dinşünaslıq" fənni keçiləcək

Ötən həftə Tacikistanda sonuncu mədrəsələri də bağladılar.

Ölkədəki İslam tədris ocaqlarının qapadılması 7 il öncə başlanıb.

O zaman hökumət gənclərin ekstremist qruplaşmalara qoşulmasının önünü kəsmək üçün belə davrandığını açıqlamışdı.

Elə o vaxtdan bəri Tacikistan hökuməti yanında Dini İşlər Komitəsinin lisenziyası olmadan dini təhsil vermək yasaqlanmışdı. Qanunsuz təhsilə görə, 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulurdu.

Buna da bax: ABŞ-da ərəb dili məşhurlaşır

Qadağalar öz yerində, ancaq...

Yaxın vaxtlaradək Tacikistanın Soqd vilayətində rəsmi qeydiyyatdan keçmiş 19 mədrəsə fəaliyyət göstərirdi. Tacikistanın din məsələləri eksperti Said Ahmadov-un sözlərinə görə, hətta "Əbu-Hənifə" mədrəsəsi də qapadılıb.

Dörd il əvvəl "Əbu-Hənifə" örnək mədrəsə kimi tanınmışdı. Buranın məzunları ölkənin pedaqoji ali məktəblərində təhsillərini davam etdirirdilər.

İndən belə mədrəsələrin əvəzinə, ölkə məktəblərində 9-cu sinifdə oxuyanlara "İslamın əsasları" fənni tədris ediləcək. Ölkənin ali məktəblərində isə bu ildən "Dinşünaslıq" fənni keçiləcək.

Ahmadov düşünmür ki, mədrəsələrin bağlanması gənclər arasında ekstremizmi azaldacaq. Onun sözlərinə görə, mədrəsələrin qapadılması şagirdlərin dini təhsil almayacağı demək deyil. O ehtimal edir ki, indi çoxları molla yanında gizli təhsil alacaqlar. Ahmadov xatırladır ki, hətta sovet vaxtı da Tacikistanın bütün rayonlarında "çayxanalar" vardı. Ölkədəki məscid və mədrəsələr bu ad altında gizlənirdi.

Ekspert elə bundan sonra da belə "çayxana"ların meydana çıxacağını istisna etmir.

Buna da bax: Mədrəsə direktorlarına lisenziya verilməyəcək

Tacikistan hökumətinin yaydığı məlumata görə...

Son bir neçə ildə Pakistan, Əfqanıstan, Misir və digər İslam ölkələrində təhsil alan 3 min 54 tacikistanlı gəncdən 2 min 896-sı vətənə qaytarılıb. Ancaq onların əksəriyyəti Tacikistandakı ali təhsil ocaqlarına daxil ola bilməyib və işləmək üçün Rusiyaya mühacirət edib.

Oradan da müxtəlif yollarla yenidən xaricdəki İslam mədrəsələrinə oxumağa gediblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG