Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:43

Jurnalistin islamçıya məhəbbəti və bakirəlik testi


Tacikistan İslami İntibah Partiyasının lideri Muhiddin Kabiri və jurnalist Haramgul Qodir
Tacikistan İslami İntibah Partiyasının lideri Muhiddin Kabiri və jurnalist Haramgul Qodir

Tacikistanda bir qadının qadağan edilmiş islamçı partiyanın liderinə cavabsız sevgisi bakirəliyin yoxlanması testi ilə nəticələnib

Tacikistan hakimiyyətinin qadağan olunmuş İslam İntibah Partiyasının lideri Muhiddin Kabiriyə nifrəti o qədər güclüdür ki, onun təqibi üçün nəyə desən əl ata bilər. Lap elə günahsız jurnalist qadının bakirəliyinin yoxlanmasına da.

AzadlıqRadiosunun müxbirləri Mirzo Salimov və Frud Bezhan yazırlar ki, Kabiri ölkədən qaçaq düşəndən və onun İslami İntibah Partiyası qadağan olunandan bəri Tacikistan rejimi bu şəxsin dost-tanışlarını və qohumlarını bir an da rahat buraxmır.

İndiyədək islamçının 7 qohumu dindirilib, 95 yaşlı atasına müalicə üçün Türkiyəyə getmək imkanı verilməyib və nəhayət, onun güman edilən sevgilisi bakirəlik yoxlanışından keçməyə məcbur olub.

Bakirəlik və cavabsız sevgi

Tacik jurnalist Haramgul Qodir açıq etiraf edir ki, Kabiriyə sevgisi olub. Lakin Qodir AzadlıqRadiosuna deyib ki, onun Düşənbə tərəfindən terrorçuluqda ittiham olunan qaçaq islamçıya sevgisi cavabsız qalıb.

“Hakimiyyət də daxil, məndən kim soruşubsa, demişəm: Bizim aramızda heç bir münasibət olmayıb – deyib Qodir, - Hə salaməleyk, dostluq olub. Vəssəlam. Bizim aramızda başqa münasibət olmayıb. Mənim bütün rəsmilərlərlə yaxşı münasibətlərim var.Amma bu o demək deyil ki, onların hamısı ilə məhrəm əlaqələrdə olmuşam”.

Mənim bütün rəsmilərlərlə yaxşı münasibətlərim var. Amma bu o demək deyil ki, onların hamısı ilə məhrəm əlaqələrdə olmuşam

Bu etiraflarına baxmayaraq qadın, Tacikistan hakimiyyəti tərəfindən aylarla davam edən qısnama və dindirmələrə məruz qoyulub. Hakimiyyət inanır ki, jurnalist qadınla ailəli Kabiri arasında intim münasibətlər olub.

Bakirəlik və Tacikistanın milli təhlükəsizliyi

Qodirin bank hesabları dondurulub və o təqib edilib. İş o yerə çatıb ki, qadın təmiz adını isbat etmək üçün bakirəlik testinə razılaşıb.

“Mən onlara dedim ki, əgər şəxsi həyatım milli təhlükəsizliyə hədədirsə, mən bu yoxlamadan keçə bilərəm” – deyib Qodir yanvarın 5-də Skype-la verdiyi müsahibədə, - Əlbəttə, bu çox təhqiramiz təklif idi. Lakin mən təmizliyimin isbatı üçün buna getdim".

Ən maraqlısı budur ki, hüquq-mühafizə orqanları abır-həya etmədən nəinki qadının təklifini qəbul ediblər, hətta onu qızlıq imtahanı üçün tibb məntəqəsinə özləri aparıblar.

Muhiddin Kabiri Tehranda ayətullah Khamenei ilə görüşüb
Muhiddin Kabiri Tehranda ayətullah Khamenei ilə görüşüb

Bakirəlik analizi vaxtilə AzadlıqRadiosunun ştatdankənar müxbiri olmuş Qodirin yalan demədiyini göstərib. Buna baxmayaraq, jurnalsit müalicə üçün Türkiyəyə gedəndə onun bank hesabı üzərindən həbs götürülməyib.

Bakirəlik və insan haqları

Bakirəliyin yoxlanmasına uşaqlıq yolunun və qızlıq pərdəsinin müayinəsi daxildir. Belə yoxlama qadının cinsi əlaqədə olub-olmamasını söyləməyə imkan verir. Bu cür müayinələr beynəlxalq qanunlara görə insan haqlarının kobud şəkildə pozulması deməkdir.

Buna baxmayaraq, belə yoxlamalar bəzi mədəniyyətlərdə geniş yayılıb, hərçənd çox nadir hallarda rəsmi qaydada həyata keçirilir. Tacikistanda da belə bir hadisə hər gün baş vermir.

Kabirinin hazırda harada olması bilinmir, hərçənd onun Türkiyədə olduğu güman edilir. 50 yaşlı islamçını son dəfə dekabrın 27-də İranda keçirilmiş İslami Birlik beynəlxalq konfransında görüblər. Həmin konfransda Kabiri Tacikistanın rəsmi nümayəndələri – İslam Üləmaları Şurasının üzvləri və ölkənin başqa rəsmiləri ilə yanaşı oturubmuş.

O vaxt Tacikistan hökuməti Kabirinin həmin konfransa dəvət edilməsindən “dərin narazılıq” ifadə etmişdi.

Tacikistan İslami İntibah Partiyası Ali Məhkəmə tərəfindən “ekstremist və terrorçu” təşkilat kimi qadağan olunandan bəri onun 20-dək üzvü həbs edilib.

Bu məhkəmə qərarı, hökumət ötən sentyabrda polis məntəqəsinə və Düşənbə yaxınlığındakı cəbbəxanaya silahlı basqına görə bu partiyanı ittiham etdikdən sonra qəbul olunub. Həmin basqında 26 nəfər həlak olmuşu.

Hakimiyyət bildirirdi ki, basqınları daxili işlər nazirinin keçmiş müavini Abduhalim Nazarzoda təşkil edib. Nazarzodanın sonradan polislə atışmada öldürüldüyü elan edilmişdi. O vaxt İslami İntibah Partiyası Nazarzoda və ya basqınlarla heç bir əlaqəsinin olmadığını, ittihamların siyasi motiv daşıdığını bəyan etmişsi.

İnsan haqları təşkilatları da hakimiyyətin təqiblərinin siyasi motivli olduğunu qəbul edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG