Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:35

Amerikalı tədqiqatçı Brenda Şaffer İran və Sovet Azərbaycanı haqqında


“Qardaşlar və sərhədlər” kitabının ən maraqlı fəsli, demək olar ki, “Azərbaycan Sovet və Pəhləvi hakimiyyəti altında” fəslidir. Yazıçı Brenda Şaffer bütün kitab boyu olduğu kimi, burada da şimal və cənubun taleyini biri-birindən ayırmır.

Yazıçının fikrincə, gözlənilməz səbəbə görə Cənubi Azərbaycan və Şimali Azərbaycan 1960-70-ci illərdə daha da bir-birinə yaxınlaşıb, bir-birinin dərdinə şərik çıxıb. Çünki, həm İran, həm də Sovet Azərbaycanında Azərbaycan xalqına qarşı eyni proses sistematik şəkildə tətbiq olunub. İranın Pəhləvi və Rusiyanın Sovet hökuməti bu illərdə Azərbaycan xalqını biganələşdirməyə çalışırdı. Ancaq İranda farslaşdırma siyasəti yasaqlar və təzyiqlərlə tətbiq edilirdisə, Sovet Azərbaycan respublikasında dil və mədiyyət azadlığı ola-ola ruslaşdırma siyasəti aparılırdı.


İranda Azərbaycan dilində yazıb-yaratmaq yasaq idi. Sovet Azərbaycanında isə bu qadağan deyildi. Amma Azərbaycan dilində təhsil alanlar yüksək səviyyələrə çata bilmirdi. Azərbaycan dilində təmiz danışanların çoxu rus dilində təhsil almamışdı. Azərbaycan savadı olanların rus savadı az idi. Elə buna görə də yüksək səviyyəli Sovet dövlət idarələrinə qəbul olunmurdular.

Yazıçı Brenda Şafferin fikrincə, məsələnin kökünə varanda, İran azərbaycanlıları ilə Sovet azərbaycanlılarının üzləşdikləri çətinliklər eyni çətinliklər, eyni problemlər idi.


DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ


XS
SM
MD
LG