Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:28

Şərqi Azərbaycan-Ermənistan əlaqələri. Almaniyada Azərbaycan festivalı

  • Abbas Cavadi

“IRNA” xəbər agentliyi bildirir ki, İranın Ermənistana ixracatının 75 faizi Şərqi Azərbaycan əyalətinin payına düşür. Xəbər verilir ki, yaxında Yerevanda İran Ticarət Mərkəzi və Təbrizdə Ermənistan Mərkəzi yaradılacaq. Bu məlumatı verən Şərqi Azərbaycan Gömrük İdarəsinin müdiri deyib ki, əyalətdən Ermənistana mal ixracatı keçən il 61 faiz artıb. Onun həcmi 117 milyon dollara çatıb. Ermənistandan idxal olunan mal və məhsulların həcmi isə 23 milyon dollar olub.

Mayın 24-dən 29-dək Almaniyanın Köln şəhərində Azərbaycan festivalı keçirilib. Festivalda Azərbaycan şerləri və hekayələri oxunub. Həmçinin, film, tamaşa göstərilib, rəqslər və musiqi ifa olunub, rəsm və foto sərgisi keçirilib. Altı gün ərzində Arazın hər iki tayından olan, amma Almaniyada yaşayan azərbaycanlılar öz xalqlarının ədəbiyyat, incəsənət, dil və mədiyyətini almanlara təqdim edib.


Festivalı "Şərq Qərb İncəsənət və Mədəniyyət Dialoqu-Köln" dərnəyi təşkil edib.


DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG