Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:44

'Synergy Group'a 26 yaşlı rəhbər gətirildi


İlham Əliyev «Synergy Group»a daxil velosiped zavodunda

İlham Əliyev «Synergy Group»a daxil velosiped zavodunda

26 yaşlı İsmayıl Süleymanov ölkənin aparıcı holdinqinə rəhbər gətirilib. O, Müşahidə Şurasının qərarı ilə iyun ayından bəri «Synergy Group» MMC-nin icraçı direktoru vəzifəsini tutan keçmiş vergi xidməti məmuru Rəşad Babayevi əvəzləyib.

Holdinqdə İsmayıl Vəkil oğlu Süleymanovun təhsili, biznes fəaliyyəti haqda AzadlıqRadiosu-nun sorğusuna cavab verməyiblər. Onun 2012-ci ildə ailə üzvləri ilə birgə Çex Respublikasında «The Fruit Crown s.r.o.» şirkətini yaratdığı bilinir.

Buna da bax:​ 'Akkord' korporasiyası alman şirkətiylə ortaq biznesə başlayır

Velosiped zavodu da bu qrupun mülkiyyətidir

«Synergy Group» 2010-cu ildə səhmdar cəmiyyəti kimi qurulub. Bu il məhdud məsuliyyətli cəmiyyətə çevrilən bu qrup 50 milyon manat səhmdar kapitalı, 1100-dən çox işçisi olan 28 şirkəti birləşdirir. Həmin şirkətlər kənd təsərrüfatı, poliqrafiya, İKT, bankçılıq, sənaye, tikinti və tikinti materialları, təhsil, otelçilik və başqa sahələrdə çalışır. İsmayıllıda yeni qurulmuş velosiped zavodu da bu holdinqin mülkiyyətidir.

Buna da bax: Monteneqrodakı Azərbaycan bankı adını dəyişdi

«Synergy Group» «Azerbaijan Global İnvestments» şirkətinin 3 payçısından biri kimi, Monteneqrodakı lüks turizm kompleksinin və bankın investorlarındandır. Qrupun 99 faizi Əşrəf Kamilova məxsusdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG