Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:16

“Qiyməti 5 manatdan 6, 7, hətta 8 manata qaldıran sürücülər var. Özbaşınalıqdır. Birinə yaxınlaşdım, 6 manat dedi, mən də etiraz edib başqa avtobusa yaxınlaşdım. O avtobusun sürücüsü də “7 manatdan aşağı aparmıram” dedi. Gedişhaqqını özbaşına qaldırıblar. Sürücülər deyir, dollar bahalaşıb, köhnə qiymətlə gedib gəlmək sərf eləmir”.

Bunu AzadlıqRadiosuna sərnişinlər deyib.

“7 MANATDAN AŞAĞI APARMARAM”

Saatlı-Bakı marşrutu üzrə hərəkət edən avtobusların sərnişinlərindən AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət var.

Naharlı kənd sakini, Nəzrəli kəndindəki orta məktəbdə müəllimə işləyən Sara Həsənovanın sözlərinə görə, Bakıda yaxın qohumları olduğu üçün, demək olar, hər həftəsonu rayondan paytaxta gəlir. Bu dəfə yolu avtovağzaldan düşəndə özü demişkən, “bayram sürprizi” ilə qarşılaşıb:

“Bax, indicə avtovağzaldayam. Qiyməti 5 manatdan 6, 7, hətta 8 manata qaldıran sürücülər var. Özbaşınalıqdır. Birinə yaxınlaşdım, 6 manat dedi, mən də etiraz edib başqa avtobusa yaxınlaşdım. O avtobusun sürücüsü də “7 manatdan aşağı aparmıram” dedi. Bəhanə edirlər ki, dollar bahalaşıb, 5 manata gedib-gəlmək sərf eləmir. Deyirəm, axı, bu qiyməti Tarif Şurası müəyyən etməlidir. Deyirlər, Tarif Şurası gəlib bizimçün plan vermir”.

“TƏZƏ QİYMƏTƏ ALIŞDIRIRLAR”

Qazaxdan Bakıya gələn Sərvər İskəndərov da “Qaynar xətt”ə yolhaqqının bahalaşmasından danışıb:

Foto arxiv

Foto arxiv

“Qiymətləri süni şəkildə qaldırırlar. Camaatın gözünü təzə qiymətlərə alışdırırlar. Heç yerdə təzə qiymətlər barədə xəbərə rast gəlməmişəm. Özbaşınalıq edirlər. Özü də bunu bayram günlərində, adamların daha çox şəhərə gedib-gəldiyi vaxtda edirlər. Tarif Şurası, hüquq-mühafizə orqanları hara baxır?”

Bakı Beynəlxalq Avtovağzalından isə “Qaynar xətt”ə gedişhaqlarının artırılması ilə bağlı deyilənləri təkzib ediblər. Bildiriblər ki, bayram günləri ilə əlaqədar sıxlıq var, hər bölgə üzrə xəttə əlavə avtobuslar buraxılıb. Lakin avtobuslar köhnə tarif üzrə işləyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG