Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:00

ABŞ əsgərləri Türkiyəni qəzəbləndiriblər


Suriyadakı ABŞ xüsusi qüvvəsinin əsgərləri

Suriyadakı ABŞ xüsusi qüvvəsinin əsgərləri

Xarici işlər naziri Mevlüt Çavuşoğlu Birləşmiş Ştatları “ikiüzlü” adlandırıb və belə davranışın “yolverilməz” olduğunu söyləyib

Türkiyə Suriyadakı ABŞ xüsusi qüvvələrinə daxil əsgərlərin geyimlərində kürd hərbi nişanlarını gəzdirməsindən hiddətləndiyini bildirib.

Buradakı ABŞ əsgərləri kürd silahlılarla birgə İslam Dövləti adlanan təşkilata qarşı vuruşurlar.

Sözü gedən əsgərlərin fotoşəkilləri ilə bağlı bəyanat verən xarici işlər naziri Mevlüt Çavuşoğlu Birləşmiş Ştatları “ikiüzlü” adlandırıb və belə davranışın “yolverilməz” olduğunu söyləyib.

YPG-nin qol nişanı fotolarda aydın görünür

YPG-nin qol nişanı fotolarda aydın görünür

Şəkillərdə bir Amerika xüsusi təyinatlısının qolunda kürd YPG qüvvələrinin nişanı görünür.

Cümə günü ABŞ öz əsgərlərinə sözü gedən qol nişanların çıxarılmasını əmr edib.

ABŞ hərbiyyəsinin Bağdaddakı sözçüsü polkovnik Steve Warren deyib ki, nişanların gəzdirilməsi icazəsiz olub. Polkovnik həmçinin bu məsələnin siyasi baxımdan həssas olduğunu etiraf edib.

Ankaranı qıcıqlandıran müttəfiqlik

Türkiyə hökuməti Suriya kürdlərinin YPG qruplaşmasını separatçı PKK-nın qanadı hesab edir.

Lakin PKK istər ABŞ, istərsə də Avropada terrorçu təşkilat kimi tanınırsa da, bu YPG-yə şamil edilmir.

Pentaqon bundan əvvəl nişanların taxılmasını kürdlərdən seçilməmək məqsədilə edildiyini bildirmişdi.

AFP agentliyinin çəkdiyi bir neçə şəkillərdə ABŞ əsgrələri Suriya Demokratik Qüvvələrinin döyüşçüləri ilə birlikdə əks olunublar. ABŞ tərəfindən dəstəklənən SDQ kürdlərin çoxluğa malik olduğu ərəb-kürd hərbi qüvvəsidir.

SDQ əsas etibarilə Kürd Xalq Müdafiə Birliklərinin YPG və YPJ kimi tanınan qadın və kişi böləmələrindən ibarətdir.

ABŞ YPG ilə müttəfiqlik etdiyini lap əvvəldən açıq şəkildə bildirsə, bu, daim Ankaranı qıcıqlandıran məsələ olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG