Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:46

İordaniyada qaçqın uşaqlar əsasən təmizlik işləri görür


Suriyada paytaxt Dəməşqin ətrafında dağılmış qəsəbələrdən birində taxta parçaları toplayan uşaqlar. 19 oktyabr 2015

Suriyada paytaxt Dəməşqin ətrafında dağılmış qəsəbələrdən birində taxta parçaları toplayan uşaqlar. 19 oktyabr 2015

İordaniyada 3 yaşdan yuxarı suriyalı uşaqlar qanunsuz olaraq işlədilir.

İordaniyanın paytaxtı Əmmandakı bir dərnək ölkədəki qaçqın uşaqların istismarı haqqında BBC-yə danışıb.

Uşaq inkişafı üzrə Tamkeen adlı qurumun araşdırmalarına görə, çox kiçik yaşlı uşaqlar valideynləri və bacı-qardaşları ilə birlikdə Lut gölünün yaxınlığındakı fermalarda və əkin yerlərində işlədilir.

Yaşı 14 və ondan yuxarı olan suriyalı oğlanların 46 faizi, qızların isə 14 faizi həftədə 44 saatdan artıq işlədilir.

Suriyalı qaçqın uşaqlar

Suriyalı qaçqın uşaqlar

Müasir köləlik

14 yaşlı Yassan bu uşaqlardan biridir. İordaniyanın şimal şəhəri olan İbrildə firmaların birində təmizlik işləri görür. Həftədə 7 gün gündə 12 saat işləyir. Saatda 1 dollardan da az qazanır.

Yassan deyir ki, o, hər gün 12 saat işləyir: “Bu, çox çətindir. Əgər müdirlərdən xahiş eləməsəm, boş günüm olmur. Olsa da, ona görə pul ödəmirlər”.

14 yaşlı uşaq işin çətinliklərindən də danışır: “Səkkizin yarısı yuxudan dururam. 8-də orda oluram. Çox işləməyimizi tələb edirlər. Evə ən tez axşam saat 9-da qayıdıram. Ramazan ayında daha çox işləməli oldum. Evə gecə 1-də gəlirdim”.

Suriyadakı yaşayışın həsrəti

Yassan maaşı haqqında deyir ki, aldığı maaş ailəsinə çatmır: “Ancaq daha çox pul qazana biləcəyim iş tapa bilmədim. İordaniyalılarla bizim kimi rəftar eləmirlər. Bizim vəziyyətimizdən istifadə edirlər. Bizi ancaq təmizlik işləri görmək üçün götürürlər. Suriyada daha yaxşı yaşayırdıq.”

Yassanın atası Maher Suriyada işgəncəyə məruz qalandan sonra iflic olub. İşləyə bilmir. Anası isə gündə bir neçə saat xadimə işləyir. Xəstə olduğundan o da çox işləyə bilmir. Yassanın anası oğlunun məktəbi atmasına görə peşmançılıq keçirir: “Yassan ən yaxşı şagirdərdən idi, dərslərini yaxşı oxuyurdu. Həmişə fikiləşirdim ki, oğlum oxuyacaq. İndi bu haqda düşündükcə qəhərimdən ölürəm”.

Ailənin torpaq sahibinə 1540 dollar borcu var. Bu, onlar üçün çox böyük məbləğdir.

Suriyalı uşaq dağılmış Kobani şəhərində, 6 oktaybr 2015

Suriyalı uşaq dağılmış Kobani şəhərində, 6 oktaybr 2015

Ən kiçiyi 3 yaşındadır

Tamkeen dərnəyinin rəhbəri Diala al Emiri deyir ki, iordaniyalı iş adamları suriyalı qaçqın ailələrin və onların uşaqlarının çarəsizliyindən istifadə edir:

"Suriyalı uşaqlar restoranlarda, supermarketlərdə və başqa oxşar yerlərdə işlədilir. Kənd təsərrüfatında işləyənlər də var ki, bu da saatlarla günəşın altında və pis şəraitdə çalışmaq deməkdir. Bu da başqa bir problemdir. Bəziləri işləsə də maaş almır. Tək istədikləri ailələri və beş-altı bacı-qardaşlarıyla birlikdə başlarını soxa biləcək yerlərinin olmasıdır. Kənd təsərrüfatında işləyən uşaqların ən böyüyünün 13, ən kiçiklərinin isə 3 yaşı var”.

Diala al Emiri deyir ki, suriyalılar digər işçilərdən ayrı saxlanır və çadırlarda yaşayırlar: “Buna “müasir köləlik” deyə bilərik. Onlar çarəsiz olduqlarından bu cür şərtləri qəbul edirlər”.

İordaniyada yaşayan 1,4 milyon suriyalıdan 650 mini qaçqındır. Onların 102 mini qaçqın düşərgələrində yaşayır. İordaniya hökuməti sonuncu dəfə 2007-ci ildə ölkədə 33 min işləyən uşağın olduğunu bildirmişdi. Tamkeen təşkilatı bildiri ki, Suriyadakı müharibəyə görə bu say indi iki dəfə artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG