Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 07:17

ABŞ Türkiyəyə xəbərdarlıq edir


Türkiyə tankları Suriyanın şimalında əməliyyat çevrəsini genişləndirirlər

Türkiyə tankları Suriyanın şimalında əməliyyat çevrəsini genişləndirirlər

Birləşmiş Ştatlar bəyan edib ki, Suriyanın şimalında Türkiyənin, türkyönly qiyamçıların kürd qüvvələrinə qaqşı hücumları “qeyri-məqbuldur” və “dərhal” dayandırılmalıdır.

ABŞ-ın anti-İD koalisiyasındakı xüsusi elçisi Tvitterdə yazır ki, hazırda toqquşmaların baş verdiyi yerdə İŞİD cihadçıları yoxdur.

Türkiyə hökuməti isə Suriyaya müdaxilə edəndən bəri kürd “terrorçuları” hədəflədiyini bildirir.

Kürdlərin YPG təşkilatı deyir ki, Türkiyə sadəcə olaraq Suriyada torpaq işğal edir.

Xəbər verilir ki, ötən çərşənbə axşamı Suriyaya müdaxilə edən Türkiyə silahlıq qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birlikdə sərhəd yaxınlığındakı Carablus şəhərini İŞİD qüvvələrindən təmizlədikdən dərhal sonra, ətrafda ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan kəndlərin bombardmanına başlayıb.

Kürd döyüşçülərin də daxil olduqları Suriya Demokratik Qüvvələrini ABŞ dəstəkləyir

Kürd döyüşçülərin də daxil olduqları Suriya Demokratik Qüvvələrini ABŞ dəstəkləyir

Reuters xəbər verir ki, Türkiyə ordusu son 24 saat ərzində Carablus ətrafında 61 artilleriya zərbəsi endirib.

Türkiyə bundan əvvəl kürd silahlıların Fərat çayının şərq sahilinə çəkilmələrini tələb etmişdi.

Kürdlərin SDQ-nin tərkibində döyüşən Xalq Müdafiə Qüvvələri - YPG bildirib ki, onlar tələb olunan ərazidən çəkiliblər, lakin Türkiyə əməliyyatı dayandırmır və onun əsas məqsədi torpaqların qəsb edilməsidir.

Pentaqon sözçüsü də bildirib ki, YPG qüvvələri əksərən Fərat çayının şərq sahilinə çəkiliblər.

O xəbərdarlıq edib ki, Vaşnqtonla razılaşdırılmamış əməliyyatlar yalnız İŞİD qüvvələrinə sərfəlidir və onlar Türkiyə, SDQ və ABŞ-a qarşı hücumlarını davam etdirəcəklər.

Xəbər verilir ki, Türkiyənin narahatlığı iki həftə bundan əvvəl, SDQ qüvvələri Suriyanın strateji Mənbij şəhərini İD-dən azad etdikdən sonra güclənib.

XS
SM
MD
LG