Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:08

Suriya Türkiyə təyyarələrini vuracağı ilə hədələyir


Türkiyənin F-16 döyüş təyyarəsi (Arxiv)

Türkiyənin F-16 döyüş təyyarəsi (Arxiv)

Suriya hökuməti Türkiyəni bu ölkəyə aid döyüş təyyarələrinin Hələbin həndəvərlərini bombardman etməklə münaqişəni qızışdırmaqda ittiham edib.

Dəməşq bildirib ki, bundan sonra Suriyanın hava məkanına daxil olan istənilən Türkiyə təyyarəsi bütün mümkün vasitələrlə vurulub salınacaq.

Türkiyə hərbi hava qüvvələrinin təyyarələri oktyabrın 21-də Hələb yaxınlığındakı Maarraat um Həvş yaxınlığında 18 kürd mövqeyinə raket zərbələri endirib və Ankaranın özünün iddia etdiyinə görə 200-dək kürd döyüşçünü məhv edib. Kürd qüvvələri bu rəqəmin 20 olduğunu bildiriblər.

Suriya Müdafiə Nazirliyi oktyabrın 21-də verdiyi bəyanatda Türkiyəni “dinc vətəndaşları hədəfləyən açıq təcavüzdə” ittiham edib.

Suriya 2012-də bunu edib

Media xəbərlərində deyilir ki, hazırda Türkiyənin dəstəklədiyi sünni qiyamçılarla kürd döyüşçülər arasında İŞİD-dən geri alınmış torpaqlar uğrunda mübarizə gedir və Türkiyə təyyarələrinin raket zərbələri kürd mövqelərinə qarşı yönəlib.

Türkiyədən kürdlərin hədəflənməsini dayandırmağı onun NATO müttəfiqi ABŞ da dəfələrlə tələb edib.

ABŞ Dövlət Departamenti oktyabrın 21-də bəyan edib ki, Türkiyə Hələb ətrafının bombardmanını Vaşinqtonla razılaşdırmayıb.

Dövlət Departamentinin sözçüsü John Kirby deyib ki, belə hücumlar yalnız İŞİD-i mənfəətləndirir.

Müxbirlər bildirirlər ki, Suriyanın Türkiyəyə xəbərdarlığı sadəcə hədə olmaya da bilər, beləki 2012-ci ildə Suriya sərhədi dəniz üzərində bircə kilometr keçən Türkiyə təyyarəsini vurub salmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG