Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 20:28

Rusiya Hələblə bağlı BMT-yə öz layihəsini təqdim edib


Rusiya BMT-nin Təhlükəsizlik Şurasına Suriyadakı vəziyyətlə bağlı alternativ layihə təqdim edib. Bundan əvvəl isə Fransa Hələblə bağlı qətnamənin layihəsini quruma təqdim etmişdi.

Moskva öz layihəsində BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Saffan de Misturi-nin ekstremal silahlı qüvvələrin Hələbdən çıxarılması təklifini dəstəkləyib.

Buna da bax: Suriyanı kimlər vurur, kimlər tutur? (İnfoqrafika)

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bəyan edib ki, Moskva Fransanın Hələblə bağlı verdiyi layihəni indiki formasında dəstəkləməyəcək. Rusiyalı diplomat Fransanın təklifini Rusiyaya qarşı təxribat kimi qiymətləndirib və deyib ki, veto hüququndan istifadə edəcəklər.

Fransanın layihəsində Hələbdə atəşin tamamilə dayandırılması və şəhərdə uçuşsuz zona yaradılması təklif edilir.

XS
SM
MD
LG