Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:46

Suriyada ABŞ-a arxalanan kürd silahlı qüvvələri Raqqa şəhərinin«İslam Dövləti»ndən (İŞİD) təmizlənməsi əməliyyatlarına başladıqlarını elan ediblər.

Suriya prezidenti Bashar al-Assad bu bəyanata münasibətini hələ ki, bildirməyib.

Birləşmiş Ştatlar YPG dəstələrini Suriyadakı İŞİD yaraqlılarına qarşı ən effektli qüvvə sayır. YPG-nin Raqqa əməliyyatlarında aparıcı qüvvəyə çevrilməsi Türkiyəni narahat edir. Ankara YPG-nin Kürd Fəhlə Partiyası—PKK ilə əlaqədə, PKK terrorçularına yardım etməkdə günahlandırır. PKK-nı Vaşinqton da terrorçu təşkilat kimi tanıyıb.

Bir az əvvəl Türkiyə Suriyanın şimalında əməliyyata başlamış, ərazisini İŞİD-dən təmizləyən SDF dəstələri ilə toqquşmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG