Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:44

Suriya qaçqınlarına 1 mrd avro ayrılır


Avropa Birliyinə üzv ölkələr Türkiyədədir
Avropa Birliyinə üzv ölkələr Türkiyədədir

-

Türkiyənin baş naziri deyib ki, onun ölkəsindən Yunanstana keçən miqrantların sayı azalıb.

Bu barədə Türkiyənin baş naziri Ahmet Davutolgu aprelin 23-də bu ölkədə səfərdə olan Almaniya kansleri Angela Merkel və Avropa Birliyinin rəsmiləri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onlar Suriya ilə sərhəddə olan qaçqın düşərgələrinə və AB-nin maliyyə dəstəyi ilə tikilən uşaq mərkəzinə baş çəkiblər.

Avropa Birliyinin rəhbəri Donald Tusk deyib ki, AB Suriya qaçqınlarının Türkiyədə həyatlarını yaxşılaşdırmaq üçün 1 milyard avro xərcləməyi planlaşdırır. Davutolgu deyib ki, artıq qurum 178 milyon avroluq layihə gerçəkləşdirib.

Davutolgu vurğulayıb ki, onların ərazisindən Yunanstana, ordan da Avropaya qaçqın axını azalıb:

"Bizim məqsəd Alyanların boğulmasının qarşısını almaqdır. Və biz bu hədəfimizə çatırıq”.

Dalğaların sahilə atdığı 3 yaşlı Alya Kurdinin cəsədinin şəkli dünyanın diqqətini miqrantlara yönəltməkdə böyük rol oynamışdı.

AB və Türkiyə arasında razılaşmaya görə, növbəti dörd ildə Türkiyəyə 2,7 milyon qaçqının həyat şəraitini yaxşılaşdırmaq üçün 6 milyard avro verəcək. Eyni zamanda Türkiyə vətəndaşları üçün Avropa ölkələrinə viza rejimini aradan qaldırmalıdır.

XS
SM
MD
LG