Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:28

Şiə ziyarətgahında azı 60 nəfər həlak olub


Suriyanın ən müqəddəs şiə ziyarətgahlarından birinin yaxınlığında törədilmiş intiharçı partlayışları nəticəsində azı 60 nəfərin həlak olduğu xəbər verilib.

Suriya Daxili İşlər Nazirlyinin xəbərində deyilir ki, şiələrin Dəməşqdəki müqəddəs ocağı – Seyyida Zeynəb məqbərəsi yaxınlığında iki intiharçı tərəfindən törədilmiş partlayışlarda azı 60 nəfər həlak olub, çox sayda yaralı var.

Dövlət televiziyasında məqbərənin yaxınlığında yanan binaların görüntüləri yayınlanıb.

Şəhərin cənubunda əhalinin sıx yaşadığı bu məhəllədəki məqbərə İran, Livan və başqa ölkələrdən gələn dindarların məşhur ziyarət yeridir.

Danışıqlarla eyni vaxtda

Reuters agentliyi xəbər verir ki, partlayışlar Cenevrədə Suriya hökuməti və müxalifət nümayəndələri arasında danışıqların başlandığı vaxta təsadüf edib. Bu danışqılar BMT-nin himayəsi altında keçirilir.

Bu məqbərədə Məhəmməd peyğəmbərin əmisi oğlu Əli ibn Abu Talibin qızının dəfn edildiyinə inanılır

BMT-nin məlumatında deyilir ki, 6 ay davam edəcək danışıqlardan məqsəd əvvəlcə atəşkəsin bərqərar edilməsi, daha sonra isə münaqişənin siyasi həll yolunun tapılmasıdır.

Reuters bildirir ki, Suriya münaqişəsinin başlanğıcında Seyyida Zeynəb məqbərəsinin ətrafında ağır döyüşlər getmişdi, lakin sonradan Suriya ordusu şiə Hizbullah döyüşçülərinin dəstəyi ilə bu bölgəyə nəzarəti ələ almışdı.

Bu məqbərədə Məhəmməd peyğəmbərin əmisi oğlu Əli ibn Abu Talibin qızının dəfn edildiyinə inanılır.

Yaxın Şərqin müxtəlif bölgələrindən, ələlxüsus da İraq və İrandan prezident Assada dəstək üçün gələn silahlı şiələr məqsədlərinin məhz bu müqəddəs ocağın mühafizəsi olduğunu bildirirlər.

Rəsmi media partlayışların İslam Dövləti adlandırılan təşkilat tərəfindən törədildiyini bildirir.

İŞİD Cenevrə danışıqlarına dəvət edilməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG