Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:20

Suriya ordusu müxaliflərin nəzarətindəki əsas yerlərdən birini alıb


Foto: arxiv

Foto: arxiv

Suriya ordusu Hələbin şərqində, müxaliflərin nəzarətində olan əsas yaşayış məntəqələrindən birini ələ keçirib.

Rusiya hərbi təyyarələrinin köməyi ilə ordu Hanano məntəqəsini aldıqlarını və mina təmizləmə işlərini başladıqlarını bildirib.

Hanano Hələbdə silahlı hərəkatın başlamasının ardından 2012-ci ildə müxaliflərin nəzarətinə keçmişdi.

Müxaliflər xəbəri təsdiqləyib.

BMT bildirir ki, hazırda Hələbdə 250 min dinc sakin humanitar fəlakət içərisində yaşayır.

Noyabrın 15-də Hələbə endirilən hava hücumları nəticəsində 300-dən çox dinc sakin həlak olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG