Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:28

ABŞ İranın Suriya danışıqlarında iştirakını mümkün sayır


John Kirby
John Kirby

Dövlət Departamentinin sözçüsü John Kirby deyib ki, İranın Suriya münaqişəsinə dair cümə axşamı Vyanada keçiriləcək danışıqlara dəvət edilib-edilməyəcəyi məlum deyil.

Vaşinqton bildirib ki, İran, böyük bir ehtimalla Suriya münaqişəsinə dair Rusiya və ABŞ-ın iştirak edəcəyi beynəlxalq danışıqlara dəvət edilməlidir.

ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby deyib ki, İranın Suriya münaqişəsinə dair cümə axşamı Vyanada keçiriləcək danışıqlara dəvət edilib-edilməyəcəyi məlum deyil.

Bu danışıqlarda ABŞ, Rusiya, ərəb və Avropa ölkələrinin baş diplomatları iştirak edəcəklər.

Suriyanın Qərb tərəfindən dəstəklənən müxalifəti və ABŞ-ın Körfəzdəki müttəfiqləri İranın Suriyaya dair prosesdə işrtirakına etiraz edirlər.

Cənab Kirby müxbirlərə deyib ki, o, “İranın Vyanadakı danışıqlara dəvət alacağını gözləyir”.

İran əsas partnyor ola bilərdi…

"Gəlib-gəlməmək İran liderlərinin öz işidir, - deyib Kirby, - Mühüm məsələ budur ki, başlıca partnyorlar müzakirələrdə olsunlar…İran başlıca partnyor ola bilərdi, lakin hazırda deyil”.

John Kirby: Gəlib-gəlməmək İran liderlərinin öz işidir

İran Suriya prezidenti Bashar al-Assad-ın əsas müttəfiqi sayılır və onun Suriya rejiminin gücləndirilməsi üçün son dörd ildə milyardlarla dollar xərclədiyi düşünülür.

Bundan başqa Tehran Suriya münaqişəsində hökumətin gücləndirilməsi üçün bu ölkəyə hərbi müşavirlər və silah-sursat göndərib.

Belə ehtimal edilir ki, Livanın Hizbullah hərəkatının Suriyaya Assad-ın müdafiəsi üçün döyüşçülər göndərməsində də Tehran əsas rollardan birini oynayıb.

İstəməsə də mümkün sayır

Təhlilçilər deyirlər ki, ABŞ-ın son bəyanatını İrana birbaşa dəvət kimi qəbul etmək olmaz.

ABŞ İranın Suriya danışıqlarına qatılmasına tərəfdar deyil, lakin indi artıq buna etiraz etmir. Ekspetlərin fikrincə, elə bunun özü Vaşinqtonun siyasətindəki ciddi dəyişiklikdən xəbər verir.

Bununla belə, Dövlət Departamentinin son bəyanatında İran “hələlik əsas partnyor hesab edilmir”.

Müşahidəçilərin fikrincə, Vaşinqtonun mövqeyindəki yumşalma Suriyadakı vəziyyətin son dərəcə mürəkkəbləşməsi ilə bağlıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG