Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:05

Suriyanın Hələb şəhərinə edilən zərbələr nəticəsində bütün xəstəxanalar dağılıb.

Şəhərə nəzarət edən üsyançılar bildiriblər ki, Bashar Asad ordusu və Rusiya hərbiçiləri şəhərə bütün növ silahlardan zərbə endirirlər. Bunun nəticəsində “qadınlar, uşaqlar, qocalar tibbi yardımdan məhrum olublar”, üsyançıların yaydıqları məlumatda deyilir. Bəyanatda bütün dünyadan Hələbdə hərbi cinayətləri dayandırmaq üçün kömək istənilir.

Müxtəlif mənbələr bildirirlər ki, bu həftənin əvvəlindən Hələb artilleriya atəşinə məruz qalıb.

Suriyanın dövlət televiziyası bildirir ki, hökumət terrorçulara qarşı hücumlarını davam etdirəcək.

Rusiya tərəfi əmin edir ki, onun hava qüvvələri sakinlərə məxsus obyektləri və yaşayış evlərini bombalamır. Rusiya mülki sakinlərin həlak olmasında üsyançıları günahkar bilir.

Beynəlxalq hüquq müdafiəçiləri və Qərb isə Suriyada mülki sakinlərin həlak olmasında Assad rejimini və Rusiyanı ittiham edir və hesab edir ki, yaşayış evlərinə zərbələr endirilməsi hərbi cinayətdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG