Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:54

Suriya: Türkiyə məsuliyyət daşıyır


Faisal Mekdad və Rusiya xarici işlər naziri Lavrov

Faisal Mekdad və Rusiya xarici işlər naziri Lavrov

Türkiyə ilə Suriya arasında münasibətlərin gərgin olmasına görə, Türkiyə məsuliyyət daşıyır.

Bunu Suriya xarici işlər nazirinin müavini Faysal Mekdad Livandakı "el Mayadin" televiziyasına müsahibəsində deyib.

Associated Pressin xəbərinə görə, Faysal Mekdaddeyib ki, Türkiyə Suriyaya əcnəbi döyüşçülər də göndərir.

"Fərat Qalxanı" hərəkatı çərçivəsində Suriyanın şimalındakı El Bab bölgəsində 3 türk hərbçisi həlak olub, 10 əsgər yaralanıb.

Türkiyə Silahlı Qüvvələri hücumu Suriya hərbi təyyarələrinin gerçəkləşdirdiyini bildirib. Mekdad bunu nə təkzib, nə də təsdiq edib.

Suriya xarici işlər nazirinin müavini müsahibəsində deyib ki, əgər türklər şikayət edirlərsə, özlərini şikayət etsinlər: "Çünki bu hadisə Suriyə Ərəb Respublikasının torpaqlarında baş verib".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG