Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:20

Kürdlər Suriyada federativ regionun yaradıldığını elan etdilər


Kürd döyüşçüsü

Kürd döyüşçüsü

-

Associated Press xəbər verir ki, Suriyanın şimal hissəsinə nəzarət edən kürdlər bu ərazidə cümə axşamı günü "Rojava - Şimali Suriya" federativ regionunun yaradıldığını elan ediblər.

Bu regiona kürd qüvvələrinin nəzarətində olan üç rayon - Cəzirə, Kobani və Afrin daxil olacaq.

Bu barədə qərarı Hassakeh əyalətində kürd qüvvələrinin qurultayı zamanı "Demokratik ittifaq" (PYD) kürd partitasının nümayəndələri veriblər.

Qərar o vaxt elan edilib ki, Cenevrədə Suriya münaqişəsinin nizamlanmasına dair danışıqlar gedir. Danışıqlarda Suriya hökuməti və bir neçə müxalifət nümayəndəsi iştirak edir. Ancaq PYD Türkiyə tərəfindən terrorçu təşkilar kimi tanındığından bu danışıqlarda iştirak etmir.

Bundan əvvəl Suriya Kürdistanının Moskvadakı nümayəndəsi Rodi Osman Suriyanın şimalında federativ regionun elan edilməsi planları barədə danışmışdı.

O demişdi ki, Suriya kürdləri federallaşmanı Suriya böhranının həlli üçün yeganə yol hesab edirlər.

Eyni zamanda Suriya hökuməti ölkənin şimalında kürd federativ regionunun yaradılması fikrini rədd edib.

Suriya XİN-in bəyanatında deyilir ki, qəbul olunmuş bəyannamə qeyri-konstruktiv və yararsızdır. Suriyanın xarici siyasət idarəsi həmçinin istənilən qüvvəni "Suriyanın ərazi bütövlüyünü pozmaq" cəhdlərindən yayınmağa çağırıb.

Suriya müxalifətinin ən iri təşkilatlarından biri olan Suriya Milli Koalisiyası da bu sənədə və "muxtar regionlar yaratmağa yönəlmiş hər hansı cəhdlərə" qarşı çıxıb. Onların fikrincə, bu yolla "Suriya xalqının iradəsi əlindən alınır".

Daha əvvəl İraq kürdləri Suriya kürdlərinin Suriyanın şimalında federativ kürd regionu yaratmasını dəstəkləmişdilər. Bu barədə İraq Kürdistanının Moskvadakı nümayəndəsi Aso Talabani bildirmişdi.

"Onlar bizim qardaşlarımızdır və onlar düşünürlər ki, ayrıca federal subyektin yaradılmasının vaxtı gəlib. Biz mütləq bu ideyanı dəstəkləyəcəyik," deyə o qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, ölkələrinin hansı quruluşa malik olması barədə qərarı suriyalıların özləri verməlidirlər.

"Rusiya üçün Suriyanın vahid dövlət kimi qalması vacibdir," deyə o əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG