Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:32

Noyabrın 20-də Suriya hakimiyyəti Hələbə muxtariyyət verilməsi ilə bağlı BMT-nin təklifini rədd edib.

Suriyanın xarici işlər naziri Walid Muallem deyib ki, döyüşçülərə Hələbdən çıxarılan kimi dövlət orqanları orda öz fəaliyyətini bərpa edəcək.

Associated Press xəbər verir ki, BMT-nin xüsusi təyinatlı vasitəçisi Staffan de Mistura ilə görüşdən sonra Valid Mualla Hələbdə hərbi əməliyyatları azaldacaqlarına dair bir söz deməyib.

Muallem əlavə edib ki, Suriya Hələbdə olan 275 min sakini 6 min döyüşçünün əlində girov qoymayacaq:

“Biz bununla razılaşdıq ki, terrorçular ərazidən çıxarılmalı və şəhər əhalisinin əzablarına son qoyulmalıdır”.

Staffan de Mistura görüşün nəticələri barədə bir şey deməyib.

Suriya, 16 noyabr 2016

Suriya, 16 noyabr 2016

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, 5 gün ardıcıl zərbələr Hələbdə bütün xəstəxanaları da dağıdıb, sakinlər tibbi yardımsız qalıblar.

Hökumət qoşunu və Rusiya hərbçilərinin noyabrın 15-dən başlayan hücumu nəticəsində 100-dən çox dinc sakinin öldürüldüyü deyilir, - Suriya hüquq müdafiəçiləri bəyan ediblər.

Noyabrın 20-də davam edən hücumlar zamanı 7 uşaq öldürülüb.

2012-ci ildən başlayaraq, Hələb iki hissəyə ayrılıb. Birinə üsyançılar, digərinə hakimiyyət qüvvələri nəzarət edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG