Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:10

Futbol azarkeşləri qaçqınlara necə həqarət etdilər? (Video)


Azerbaijan -- youtube grab image about syrian refugees in Madrid
Azerbaijan -- youtube grab image about syrian refugees in Madrid

Youtube videosunda İspaniyanın Madrid şəhərində, açıq barda əylənən azarkeşlərin qaçqınlara xırda pulu çox alçaldıcı bir tərzdə atması görüntülənib

.

YouTube saytında Hollandiyanın məşhur PSV Eindhoven klubu azarkeşlərinin İspaniyada Suriya qaçqınlarına təhqiramiz şəkildə xırda pul tullayıb həqarət etməsini göstərən video sosial mediada geniş paylaşılaraq ümumun qəzəbinə səbəb olub.

Videoda İspaniyanın Madrid şəhərindəki Plaza Mayor meydanında, açıq barda əylənən azarkeşlərin qaçqınlara xırda pulu çox alçaldıcı bir tərzdə atması görüntülənib.

Həvəskarların hadisə zamanı çəkdikləri videonu burada izləyin:

Azarkeşlər qışqırır qaçqınlar onlara atılan xırda pulları yerdən yığdıqca onları lağa qoyurlar.

Sosial şəbəkələrdə yayılan bəzi videolarda yoldan keçən sakinlərin futbol azarkeşlərinin bu hərəkətlərinə kəskin etiraz etdikləri, qaçqınları qorumağa çalışdıqları görünür. Saytlar azarkeşlərin spirtli içki təsiri altında bu hərəkətləri etdiklərini yazırlar.

Ən kəsə, ən təhlükəli yol…

“The Daily Sabah” qəzeti yazır ki, vətəndaş müharibəsi Türkiyəni Suriya qaçqınlarının pənah yerinə çevirib, lakin bura onların son niyyəti olan Avropaya gedən yolda yalnız keçid məntəqədir.

Bir çoxları yunan adalarının Türkiyə sahillərinə yaxın olmasını fürsət bilərək dənizlə ölümcül təhlükəli səfərə çıxırlar.

Bununla belə, Türkiyə Suriyadan olan 2, 5 milyon qaçqını düşərgələrdə yerləşdirib.

Egey marşrutu qaçqınların Avropaya axınında ən kəsə, lakin ən təhlükəli yoldur.

Qaçqınlar yunan adalarına çatmaq üçün çox hallarda köhnə qayıqlarda, həm də qayıqlara normadan artıq doluşaraq üzürlər. Egey dənizində əsən sürətli küləklər bu qısa yolu daha da təhlükəli edir.

Yanvar ayından bəri Türkiyənin Sahil Keşiyi Egey dənizində 14388 qaçqını aşkar edib, 144 nəfər suda boğulub.

Beynəlxaqllq Miqrasiya Təşkilatının məlumatına görə, 2016-cı il yanvarın 1-dən indiyədək 125 min qaçqın şərqi Aralıq dəniz marşrutu ilə Yunanıstan sahillərinə gəlib.

Suriyada 5 ildir ki, davam edən vətəndaş müharibəsində 270 mindən çox adam həlak olub.

XS
SM
MD
LG