Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:18

Dünya gücləri Suriyada atəşkəsə razılaşdılar


John Kerry (sağda) və Sergey Lavrov Münhen danışıqlarından sonra

John Kerry (sağda) və Sergey Lavrov Münhen danışıqlarından sonra

ABŞ dövlət katibi John Kerry bəyan edib ki, Rusiya da daxil, dünya gücləri Suriya ərazisində “hərbi əməliyyatların dayandırılması” barədə razılığa gəliblər

ABŞ dövlət katibi John Kerry bəyan edib ki, dünya güclərinin Suriyaya dair Münhendə keçirilən danışıqlarında bütün ölkə ərazisində “hərbi əməliyyatların dayandırılması” barədə razılıq əldə olunub.

Lakin cənab Kerry aydınlıq gətirib ki, atəşkəs İslam Dövləti adlanan təşkilata və ən-Nüsra cəbhəsinə qarşı döyüşlərə şamil edilməyəcək.

O deyib ki, dünya gücləri ehtiyacı olanlara humanitar yardımın çatdırılmasının genişləndirilməsi və sürətləndirilməsi barədə razılaşma əldə ediblər.

Təhlilçilər bildirirlər ki, bu bəyanat Rusiyanın hava zərbələri ilə dəstəklənən Əsəd qüvvələrinin Hələb üzərinə irəlilədiyi bir vaxtda verilib.

BMT bildirib ki, onun icra qüvvələri humanitar yardımın bütün tərəflərə çatdırılmasını təmin edəcək.

John Kerry deyib ki, əldə olunmuş razılaşma əhəmiyyətli addımdır, lakin indi hər şey ona tərəflərin nə dərəcədə əməl edəcəyindən asılı olacaq.

ABŞ dövlət katibi bu bəyanatı səsləndirərkən Rusiya xarici işlər naziri Sergey Lavrov və BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura onun yanında dayanmışdılar.

Sergey Lavrov deyib ki, “bu gün, bizim doğrudan da böyük bir nəticə əldə etdiyimizə inanmaq üçün əsas var”.

XS
SM
MD
LG