Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:32

Suriya danışıqlarına İran da qoşulur


A combo photo of US Secretary of State John Kerry (L) and Russian Foreign Minister Sergei Lavrov

A combo photo of US Secretary of State John Kerry (L) and Russian Foreign Minister Sergei Lavrov

Oktyabrin 29-da Vyanada Suriya danışıqlarıının ikinci mərhələsi başlayır.

ABŞ dövlət katibi John Kerry və Suriya danışıqlarına ilk dəfə dəvət edilən İranın xarici işlər naziri Muhammad Zarif danışıqlardan əvvəl görüşüb.

Zarif jurnalistlərə bildirib ki, “Suriya xalqının öz taleyini müəyyən etməsi haqqına hörmət olunmalıdır”.

Danışıqlarda BMT-nin Suriya üzrə xüsusi nümayındəsi Staffan de Mistura vəAvropa Birliyinin xarici əlaqələr üzrə nümayəndəsi Federica Mogherini də iştirak edir.

Mogherini jurnalistlərə deyib ki, çətin keçən ilk mərhələdən sonra tərəflərin yenə danışıqlar masasında oturması yaxşı başlanğıc kimi qiymətləndirilməlidir.

Danışıqlarda ABŞ, İran, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı iştirak edir.

Səudiyyə Ərəbistanı bundan əvvəl İranı Suriyanın daxili işlərinə qarışmaqda və terrora dəstək verməkdə ittiham edirdi. İranın danışıqlarda iştirakına qarşı çıxırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG