Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:48

BMT ali komissarı: ‘Hələbin bombardmanı tarixi miqyaslı cinayətdir’


Zeyd Rəad əl-Hüseyn
Zeyd Rəad əl-Hüseyn

BMT-nin insan haqları ali komissarı Zeyd Rəad əl-Hüseyn Hələbin mühasirəyə alınmasını və bu şəhər üzərinə aviasiya zərbələrini ‘tarixi miqyaslı’ cinayət adlandırıb.

Bəyanatda şəhərin qərb hissəsinin qiyamçılar tərəfindən atəşə tutulması qeyd olunsa da, bildirilir ki, dinc əhali arasında ölümlərin böyük əsəriyyətinə bombardmanlar səbəb olub.

Hələbin bombardmanı dayanmır
Hələbin bombardmanı dayanmır

Ali komissar öz bəyanatında ‘tarixi miqyaslı cinayət’ üçün kimin məsuliyyət daşıdığı barədə konkret heç nə deməyib.

Hələbdə yaranmış vəziyyəti Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü Tobias Elwood da tənqid edib, lakin o məsuliyyətin konkret olaraq Kremlin üzərində olduğunu söyləyib.

‘Rusiya, sən vəziyyətin yaxşılaşmasına kömək etmirsən, onu pisləşdirirsən’ – deyib Elwood.

Buna cavab olaraq Rusiya Federasiyasının nümayəndəsi Aleksey Borodavkin Britaniyanı ‘terrorçuları aviasiya zərbələrindən xilas etmək və bununla da onlara öz vəhşi hərəkətlərini davam etdirmələri üçün təkrar qruplaşmaq imkanı yaratmaq istəyində’ ittiham edib.

Borodavkin deyib ki, Rysiya və Suriya aviasiya zərbələrində fasilə elan ediblər. Bu ona görə edilib ki, şəhərdə qalmış sakinlər və oranı tərk etmək qərarına gəlmiş döyüşçülər Hələbdən çıxsınlar.

Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 21-də deyib ki, onlar üçün yaradılmış imkana baxmayaraq Cəbhət əş-Şəm təşkilatının döyüşçüləri Hələbi tərk etməkdən imtina edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG