Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:22

Təhlükəsizlik Şurası Suriyada atəşkəsi dəstəklədi


BMT Təhlükəsizlik Şurası

BMT Təhlükəsizlik Şurası

BMT Təhlükəsizlik Şurası Suriyada hərbi əməliyyatların dayandırılmasına dair ABŞ və Rusiya tərəfindən təqdim olunmuş qətnaməni yekdilliklə qəbul edib.

BMT Təhlükəsizlik Şurası Suriyada hərbi əməliyyatların dayandırılmasına dair ABŞ və Rusiya tərəfindən təqdim olunmuş qətnaməni yekdilliklə qəbul edib.

Atəşkəs fevralın 27-də Dəməşq vaxtı ilə gecəyarısı qüvvəyə minib. Xəbər verilir ki, atəşkəs təklifini Suriyanın mötədil müxalifəti də dəstəkləyib.

Moskva Rusiya-Amerika razılaşmalarına dair qətnamənin qəbul edilməsini “mühüm kollektiv addım” adlandırıb.

Rusiya Xarici İşlər Nazirlyi bəyan edib ki, atəşkəs rejiminə qeyd-şərtsiz riayət olunmalıdır.

Cümə günü axşam ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib ki, Rusiya Suriyada mötədil müxalifət sayılan qruplaşmalara aviasiya zərbələrini dayandırmağa razı olub.

Toner deyib ki, indi Rusiyanın öz vədləri üçün məsuliyyət daşımasının vaxtıdır.

Öz növbəsində prezident Barack Obama da xəbərdarlıq edib ki, atəşkəsə bütün tərəflər əməl etməlidirlər.

O bildirib ki, atəşkəs rejimi İslam Dövləti adlandırılan təşkilata və ya başqa ekstremist qruplaşmalara şamil edilməyəcək.

“Yaxın günlər Suriya üçün taleyüklü olacaq” - deyib Obama.

Prezidentin sözlərinə görə, atəşkəs həm də kimlərin danışqılara doğrudan da hazır olduğunu göstərəcək.

ABŞ prezidenti bir daha təsdiq edib ki, İslam Dövləti adlanan qruplaşma ilə atəşkəs olmayacaq və cihadçıların üzərinə hücumlar davam etdiriləcək.

“Biz bu vəhşi terror təşkilatını məhz edəcəyik” – deyib Obama.

Prezidentin sözlərinə görə, Assad-a gəlincə, “illərdir öz xalqı ilə vəhşi kimi rəftar edən rejim hakimiyyətdə qala biləz”.

BMT-nin xüsusi elçisi Staffan de Mistura deyib ki, Suriyaya dair danışıqlar martın 7-də bərpa olunacaq.

O həmçinin deyib ki, atəşkəsin ilk saatlarında Dəməşq və Daraya ətraflarında sakitlik hökm sürür.

Günün bütün mövzuları

XS
SM
MD
LG