Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:45

Taksi sürücüləri: "Polis çörəkpulu qazanmağımıza imkan vermir"


Arxiv fotosu
Arxiv fotosu

-

"Hərəmiz bir parça çörəkdən ötrü dayanmışıq burda... Neçə gündür ki, imkan vermirlər bizə... O başa qovurlar, bu başa qovurlar... Taksi xidməti üçün lisenziyanı verən idarə özü də zəhmət çəksin, bizim üçün yerlər ayırsın, dayan orda, çörəyimizi qazanaq".

Aqşin Zeynalov iki ildir ki, Ucardan Bakıya gəlib. Burada kredit yolu ilə avtomobil alıb, qanuni yolla lisenziya əldə edərək taksi xidməti göstərməyə başlayıb. Deyir, kaş ki, bu işə girişməyəydi:

ƏVVƏLİ XURMASATAN, AXIRI TAKSİ SÜRÜCÜSÜ...

"Kənddə xurma, nar bağımız vardı, əvvəllər işlərimiz yaxşı gedirdi. Meyvəni almaq üçün qapıya düzülürdülər. Ancaq gömrük xərcləri, başqa problemlər ortaya çıxandan sonra alıcıların da ayağı qapıdan kəsildi. Borca-xərcə girib meyvəni yetişdirirdik, ağacda çürüyürüb tökülürlü. Ona görə də qərara gəldim ki, bu işdən əl çəkib başqa qazanc yolu tapım".

Beləcə, bir çox həmkəndliləri kimi paytaxta üz tutur. Yuxarıda qeyd olunduğu kimi, kreditlə avtomobil alıb başlayır taksi xidməti göstərməyə:

"Kaş ki, gəlməyəydim. Pul qazanmaq bir tərəfə, mən burda nevroz xəstəliyinə tutulmuşam. Səhərdən axşamadək polis gedir, nəqliyyat müfəttişi gəlir. Nə qədər mübahisə içərisində yaşamaq olar... O deyir sür o tərəfdə saxla, bu deyir sür bu tərəfdə saxla..."

Deyir, çox yerlərdə bərqərar ola bilməyərək qovulub. Nəhayət, sonuncu nöqtəNeftçilər metro stansiyasının çıxışlarından birinin qarşısıdır. Ancaq indi də oradan qovurlar:

"Neçə gündür polis bizə buralardaı dayanmağı qadağan edib. Deyirlər, avtobus dayanacağı yaxınlığında dayanmaq olmaz. Başqa dayanacaqlarda belə qadağa yoxdur".

Sürücülər azı iki həftədir ki, qazancdan uzaq düşdüklərini deyirlər.

POLİS DEYİR, BİZLİK İŞ YOXDUR...

Əraziyə Nizami rayon polis İdarəsinin 24-cü bölməsi nəzarət edir. Bölmədən taksi sürücülərinin şikayətlərinin əsassız olduğunu bildirdilər:

"Polis taksi məsələsinə qarışmır. Bu, Nəqliyyat Departamentinin işidir".

Sürücülər isə iddia edirlər ki, onları Nəqliyyat Departamentinin işçiləri yox, məhz polislər narahat edir:

Sürücü:

"Düzdür, əvvəllər Departament işçilərinin əlindən dayana bilmirdik. Ancaq indi onlar dəyib dolaşmır. Bizi ərazidən qovan polis işçiləridir".

Sürücülər isə fəaliyyət göstərmək üçün onlara şərait yaradılmasına görə Nəqliyyat Nazirliyinə müraciət ediblər. Nazirlikdən onlar üçün konkret ərazilərin ayrılmasını istəyiblər.

XS
SM
MD
LG