Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:39

Sumqayıtda 3 milyon manat 'həbsxana'ya düşüb


Sumqayıtda maaşını ala bilməyən fəhlələr (arxiv fotosu).
Sumqayıtda maaşını ala bilməyən fəhlələr (arxiv fotosu).

“İcra hakimiyyətinin iş adamlarına təxminən 3 milyon manat borcu var. Altı aydan çoxdur gəlib getsək də, pulumuzu ala bilmirik”

“Şəxsən icra başçısı xahiş etdi ki...”

Yarım il əvvələdək Sumqayıtdakı abadlaşdırma işlərində qollarını çirmələyənlərdən biri də işadamı Aydın Abdullayev olub. Deyir ki, gördüyü işlərə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin ona təxminən 119 min manat borcu var, ancaq ala bilmir. O və onun kimi gördüyü işlərin pulunu ala bilməyən 20-dək insan eyni duruma düşüblər:

“Hələ işlər başa çatmamışdı, pullarımızı ala bilmirdik deyə, işləri dayandırmışdıq. Şəxsən icra başçısı öz müavinləri ilə gəlib xahiş etdi ki, işləri davam etdirək. Dedi ki, prezident Sumqayıta gəlib gedəndən sonra pullarımızı ödəyəcəklər. Biz də inanıb işləri başa vurduq”.

Buna da bax:​ Aylardır maaşını almayan narazılar [Video]

“Əllərində müqavilələr də var”

Təxminən 18 işadamı icra hakimiyyətinə arxayın olaraq, abadlaşdırma layihəsinin gerçəkləşdirilməsinə müxtəlif işçilər cəlb edib, gərəkli tikinti və yaşıllaşdırma materialları alıb gətiriblər. İcra hakimiyyəti onlara pullarının podratçıya ödənildiyini, podratçınınsa həbs olunduğunu deyir. Bu cavab iş adamlarını qane etmir. Sumqayıtın girişindən tutmuş bulvardakı, Bayraq Meydanındakı, Heydər Əliyev Parkındakı və Mərkəzindəki işlərdə çalışmış Yardımlı sakini Simran Astanovun fikrincə, şəhər rəhbərliyi ödənməli pulu verməmək üçün bəhanələr uydurur:

“Adamlar qalıblar çöldə, pullarını tələb edirlər. Usta var ki, 7 min manat alacağı var, elə işadamı var ki, azı, 100 min manat almalıdır. Əllərində müqavilələr də var”.

Buna da bax:​ Şirvan sakini: 'Yol polisi dedi, səni sutkaya atdıracam, səni mələdəcəm'

“Yəqin gözləyirlər ki... qəpik-quruşa dönəndə ödəsinlər”

Yanvarın 16-da iş adamları Prezident Administrasiyasında olublar. Onlara bildirilib ki, məsələni Sumqayıt Şəhər İcra Hakimiyyəti çözməlidir. Bunadək dəfələrlə icra hakimiyyətindəki müxtəlif səlahiyyətli şəxslərin qəbulunda olmuş iş adamları bu gün - yanvarın 17-də yenə həmin quruma üz tutublar. Di gəl, bu dəfə də onları qane edən cavab ala bilməyiblər. İşadamı Simran Astanovun sözlərinə görə, onlara verilən cavab əvvəlkilərdən fərqlənməyib:

“Dedilər səbirli olun, heç kəsin haqqı itməyəcək. Biz bu sözü 6 aydan çoxdur eşidirik. Bizə verəcəkləri manat hər gün ucuzlaşır, dəyərdən düşür. Yəqin gözləyirlər ki, bir az da dəyərdən düşsün, qəpik-quruşa dönəndə, ödəsinlər”.

Buna da bax:​ 'Çudo Peçka' şəbəkəsində təkrar maaş qalmaqalı

“Hər şey araşdırılır”

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, iş adamlarını dinləyiblər və borcun tezliklə ödənilməsinə çalışacaqlar: “Ancaq məbləğ şişirdilib, borc heç də o məbləğdə deyil. Üstəlik, həmin adamların pulları hələ iş gedə-gedə podratçıya ödənilirdi, podratçı onlara ödəməliydi. Hər şey araşdırılır”.

İş adamları: “Yenə toplaşacağıq”

İş adamları tezliklə pulları ödənilməsə, yenə Prezident Administrasiyasının önünə toplaşacaqlarını deyirlər.

Sumqayıt parkını tikənlər pulunu ala bilmir
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

XS
SM
MD
LG