Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:27

►Sakinlər təhlükəsizliyə təminat tələb edirlər

Gümridə yaşayan Yeranosyan ailəsi iddia edir ki, Rusiyanın şəhərdəki 102-ci hərbi bazasının hərbi qulluqçusu Sergey Sudnikov yanvarın 31-də gecəyarısı sərxoş vəziyyətfə onların dördüncü mərtəbədə yerləşən mənzilinin qapısını döyüb.

Evin xanımı Ruzanna Yerosyan deyir ki, onlar rus dilində hərbçiyə izah etməyə çalışıblar ki, o yəqin ki, ünvanı səhv salıb. Ancaq rus hərbçi qapının dəstəyini buraxmırmış. O evin qapısını elə bərkdən döyürmüş ki, evdəki balaca uşaqlar qorxublar. Rus hərbçisinin bu hərəkəti hamını çaşdırıb.

Qadının dediyinə görə, polis özünü yetirənə qədər ailə çox həyəcan keçirib. Onlar bir il əvvəl eyni şəhərdə baş vermiş insidenti xatırlayıblar. O zaman Rusiya hərbçisi Valeriy Permyakov bir ailəni qətlə yetirmişdi.

Şirak vilayətinin prokuroru Raffi Aslanyan bildirib ki, Rusiya hərbi bazasının müqavilə ilə xidmət edən hərbçisi Sergey Sudnikovdan ifadə alınıb və o, sərbəst buraxılıb. Onun cinayət törətmək niyyətinin olduğu təsdiq olunmayıb. (Ardı aşağıda)

Hüquq müdafiəçisi Levon Barseqyan iddia edir ki, rus əsgərinin hərəkətində azı bir cinayət tərkibi var. Onun sözlərinə görə, Ermənistan qanunlarına görə, qapını qırmaq cəhdinə görə onu mühakimə etməlidirlər.

"Mən dəqiq bilirəm ki, sabah-birisigün deyəcəklər ki, cinayət tərkibi yoxdur və onu mühakimə etməyəcəklər. Ya da onu Rusiya hərbi hissəsinə təhvil verəcəklər. Onu necə mühakimə etsinlər? Rus hərbi hissəsinə müraciət edəcəksən ki, onu bizim qanunlarımızla mühakimə edin? Gedib onu tutmayacaqsan ki. Tuta bilsəydilər elə Permyakovu da tutardılar," - deyə hüquq müdafiəçisi bildirib.

"Onlar deyəcəklər ki, cinayət tərkibi yoxdur. Amma əgər bir sərxoş girib Qalust Saakyanın (Ermənistan parlamentinin spikeri - red.) qapısını qırmağa başlasa, qışqırıb-bağırsa, 5 dəqiqədən sonra cinayət tərkibi taparlar - xuliqanlıq. Ən azı ictimai asayişin pozulması və s," - deyə Levon Barseqyan qəzəblənir.

O buna bənzər halların davam edə biləcəyindən narahatdır. Çünki Avetisyan ailəsinin qətlindən sonra şəhərdə təhlükəsizlik mexanizmlərinin möhkəmləndirilməsi və yeni insidentlərin qarşısının alınması üçün heç bir iş görülməyib.

"Danışıqlar masası ətrafına oturun və şəhər sakinlərinin təhlükəsizliyini təmin edib. Ya da gəlin bu hərbi hissələrin yanında yaşayın, cənab nazirlər, polis rəisləri...", - deyə Levon Barseqyan bildirib.

Bunlara da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG