Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 00:17

Süd vəzi xərçənginin ilkin mərhələsində müalicəsi başlayan bəzi yaşlı qadınlar 1 il ərzində iş qabiliyyətlərini itirirlər. Söhbət gündəlik işləri görə bilməməkdən gedir. Araşdırmaçıların hazırladığı 13 bəndlik sorğu həmin qadınların gələcək durumları haqqında bilgi verə bilər.

YAŞLI QADINLAR İŞ QABİLİYYƏTİNİ İTİRİR

Araşdırmanın müəllifi - Klivlenddəki Keys Vestern Rezerv Universitetinin əməkdaşı Dr. Cynthia Owusu-dur. Onun sözlərinə görə, ABŞ-da aparılan araşdırmalar süd vəzi xərçəngindən əziyyət çəkən hər 5 qadından birinin evdə və cəmiyyətdə müstəqil yaşamaq qabiliyyətini itirdiyini üzə çıxarıb.

Sözügedən testlər yaşlı qadınlarda zəifləmə göstəricisini araşdırmaq üçün hazırlansa da, sonradan məlum olub ki, bu göstərici süd vəzi xərçənginə tutulmuş qadınlarda daha yüksəkdir.

Sözügedən xəstəliyi təzəcə aşkar edilmiş, amma bədənin başqa üzvlərinə yayılmamış 65-93 yaş arasında 184 qadın araşdırmalara cəlb edilib.

VES-13

Hər iştirakçıya 13 suallıq ahıllıq sorğusu (Vulnerable Elders Survey - VES-13) verilib. Suallar onların şəxsi sağlamlığı, ağırlıqqaldırma, kiçik əşyaları tutma, yazma, müəyyən məsafəni qətetmə, evdə və işdə çalışma, pulları idarəetmə və müstəqil həyatda gərəkli başqa qabiliyyətlərinin mahiyyəti haqqında olub.

VES-13 testinin ən yüksək balı 10-dur və bu, ən yüksək zəifləmə göstəricisidir.

Araşdırmaçılar iştirakçılara onların gündəlik fəaliyyətlərini və ümumi funksional vəziyyətlərini qiymətləndirmək üçün də sorğu vərəqələri təqdim ediblər. Bu sorğular araşdırma başlanandan 6 və 12 ay sonra – iki dəfə verilib.

Bir illik araşdırmadan sonra 34 qadında funksional zəifləmə görülüb. Qrupun 22 faizini təşkil edən 7 nəfərsə ölüb. VES-13 sorğusunda yüksək bal yığınlar zəifləmə hiss edənlər olub.

Başlanğıcda 3 bal toplayanlar bir il sonra 23 faiz zəiflədikləri halda, 10 bal toplayanlar 76 faiz zəifləyiblər.

XƏSTƏLİK VARLI VƏ KASIBA DA FƏRQLİ TƏSİR GÖSTƏRİR

Araşdırmaçılar digər müstəqil zəifləmə faktoruna ortatəhsilli və ya aztəhsilli qadınlarda rast gəliblər. Owusu bildirib ki, artıq bu halda zəifləmə xəstəliyin özündən və müalicədən asılıdır:

«Funksional vəziyyət sağlamlığın əsas göstəricisidir. Araşdırmalar göstərdi ki, bu göstəricinin aşağı düşməsi ciddi xəstəliklərdən sağalma ehtimalının azalması, ölmə ehtimalının artması ilə bağlıdır... Buna görə də funksional zəifləmənin qarşısının alınması fərdi və ümumi mənada süd vəzi xərçənginə tutulmuş yaşlı qadınlar arasında yaşama ehtimalının artması üçün vacibdir. Adətən, sosial-iqtisadi statuslu insanlar daha tez piylənirlər, fiziki cəhətdən daha az aktivdirlər və xəstəliklə mübarizə aparmaq üçün daha az tibbi şəraitə malikdirlər. Bunlar da funksional zəifləməyə öz töhfəsini verir».

Owusu deyir ki, bu araşdırmada 13 sualdan yararlanaraq, funksional qabiliyyətlərin məhz hansı qadınlarda zəifləməsinin mümkünlüyü araşdırılır. Bunun aşkar edilməsi təhlükənin aradan qaldırılacağına kömək edəcək.

Tədqiqatçının sözlərinə görə, bu test süd vəzi xərçənginə tutulan yaşlı qadınların, xüsusən kasıb xanımların sağalması üçün çox faydalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG