Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

Prezident İlham Əliyevin oktyabrın 5-də imzaladığı “Tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” sərəncamda belə deyilir.

Sərəncamın məqsədi ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək və bu işlə məşğul olan əhalinin sosial rifahını yaxşılaşdırmaqdır.

Buna da bax:​ Subsidiya almaq istəyirsən barama istehsal elə...

Sənədə əsasən, emal müəssisələrinə satılmış quru tütünün hər bir kiloqramına 0,05 manat (5 qəpik) məbləğində subsidiya verilməsi nəzərdə tutulur.

Bu pul yaş tütünün isə hər on kiloqramına görə, veriləcək.

Subsidiyalar 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.

Sərəncama əsasən, Nazirlər Kabineti subsidiya verilməsi qaydasını hazırlayacaq, Maliyyə Nazirliyi isə maliyyələşməni təmin edəcək.

Buna da bax:​ Azərbaycanda siqaret istehsalı "fontan vurur"

Prezident bundan əvvəl sentyabrın 22-də isə, hər kiloqram xam pambığa görə, istehsalçılara 0,1 manat (10 qəpik) subsidiya verilməsi haqqında sərəncam imzalamışdı

Hökumətin qərarına əsasən, 2007-ci ildən yanacaq və motor yağlarının istifadəsinə görə fermerlər 1 hektara 50 manat subsidiya alır. Həmin vaxt ölkədə yanacağın qiyməti artırılmışdı.

Buğda, çəltik, əkininə görə də, qeyd edilən məbləğə 40 manat əlavə edilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG