Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:33

Bu zavodlar bağlana bilər


Foto arxiv
Foto arxiv

Azərbaycanda su istehsal edən zavodlar bağlanma təhlükəsi ilə üz-üzədir. Səbəb bu ilin əvvəlində qeyri-filiz faydalı qazıntılarından tutulan mədən vergisi dərəcəsinin artırılmasıdır.

Bu haqda Su İstehsalçıları Birliyinin açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, ayrı-ayrı bölgələrdə su istehsal edən «Badamlı», «Sirab», «Slavyanka», «Damla» kimi müəssisələr üçün mənfəət əldə etmək imkanları tükənib. Mədən vergisinin məbləği artırılandan sonra hər kubmetr su üçün 10 manat ödənilir:

«Müəssisələrin Bakıdan kənarda yerləşməsi nəzərə alınmalıdır. Çünki bölgələrdə yerləşən müəssisələrin nəqliyyat xərci də var. Naxçıvandan 1 maşın suyun Bakıya gətirilməsi 1500 manata, Gədəbəydən 600 manata başa gəlir. Mədən vergisi də əlavə edildiyində, mənfəət əldə etmək mümkün deyil».

Su İstehsalçıları Birliyi məcəlləyə dəyişikliyin ləğvi üçün İqtisadiyyat Nazirliyinə müraciət etmək niyyətindədirlər.

2016-cı ilədək su müəssisələri hər kubmetr su üçün 6 manat mədən vergisi ödəyirdi.

Buna da bax -Azərbaycanın aparıcı pivə istehsalçısı işini müvəqqəti dayandırır

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG