Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:20

Daha bir Rusiya təyyarəsi gəmiyə enə bilmədi


Su-33.15.12.2016
Su-33.15.12.2016

Rusiyanın daha bir hərbi təyyarəsi “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisinə düşərkən qəzaya uğrayıb.

Bu barədə dekabrın 5-də İnterfaks agentliyi Rusiyanın daxili işlər nazirliyinə istinadla xəbər yayıb.

Su-33 qırıcı təyyarəsiikinci cəhddə finiş trosuna ilişə bilməyib, göyərtənin uzunluğu isə dayanmaq üçün bəs etməyib və təyyarə dənizə düşüb.

Pilotun katapulta elədiyi və xilas olunduğu bildirilir.

Bu “Admiral Kutuzov” gəmisində baş verən ikinci qəzadır.

Noyabrın 14-də Miq-29K təyyarəsi də gəminin bir neçə kilometrliyində dənizə düşüb.

Rəsmi məlumatda bunun təyyarə qəzası olduğu bildirilir.

Amma “Qazetı.ru” nun yazdığına görə, gəmiyə oturan təyyarələr daima finiş trozunu qırırlar.

Mənbə yazır ki, bundan sonra bir müddət təyyarələrin gəminin göyərtəsinə düşməsi prinsipcə mümkün olmayıb.

Qəzet yazır ki, birinci dəfə qəzaya uğrayan Miq-29 təyyarəsinə ikinci dövrə vurmaq əmri verilib və təyyarə gözləmə zonasında olarkən mühərriklərin ikisi də dayanıb.

“Admiral Kuznetsov” Suriya sahillərinə sentyabrın 12-də çatıb, ilk uçuşlar isə həmin ayın 15-də yerinə yetirilib.

Peykdən edilən görüntülərdən bəlli olur ki, təyyarələrin bir qismi tapşırığı gəmidən yox qurudan həyata keçirirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG