Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:33

Tam 'üzən məzənnə'yə keçilir - 'Yol Xəritəsi'ndə


Bakıda Exchange.
Bakıda Exchange.

“Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” nəhayət ictimaiyyətə açıqlanıb.

112 səhifəlik sənəd ölkə başçısının rəsmi internet saytında yerləşdirilib.

Sənəddə qeyd olunur ki, bu Azərbaycanda davamlı inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyini və sosial rifahın daha da artırılmasını təmin edəcək.

Buna da bax:​ 'Yol xəritəsi'nin elan olunmasına hazırlıq gedir

“Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini gücləndirəcək, yüksək gəlirli ölkələr qrupuna daxil olacaq”, sənəddə yazılır.

Birinci hədəf

Açıqlanmış “Strateji yol xəritəsi”ndə 4 strateji hədəfdən, həmin hədəflərə çatım yollarından bəhs edilir.

Birinci strateji hədəf “Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi” adlanır.

Buna da bax: Prezident 12 strateji yol xəritəsini təsdiqlədi

Tam “üzən” məzənnə rejiminə keçilir

Bu hədəfə çatmaqdan ötrü neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsini tənzimləyəcək “qızıl qayda”nın qəbul edilməsi, xərc-investisiya intizamının təminatı məqsədi ilə mexanizmin yaradılması və effektiv pul siyasəti rejiminin tətbiq edilməsi kimi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Birinci strateji hədəfə yönəlmiş fəaliyyətlər sırasında tam üzən məzənnə rejiminin tətbiqinə nail olunmasının vacibliyi qeyd olunur. Sənədə görə, 2017-ci ildə bu rejim tam tətbiq edilməlidir.

İkinci hədəf

Xəritədə ikinci strateji hədəf kimi “Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi” seçilib.

Buna da bax:​ Manatın taleyi ilə bağlı suallara Mərkəzi Bankdan cavab gəldi

Hədəfə çatmaqdan ötrü bir neçə istiqamətdə fəaliyyətlər həyata keçirilməlidir.

İqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına dair ümumi yanaşma koordinasiya edilməli, özəlləşdirmə gündəliyinin uğurla icrası və prioritet təmin olunmalıdır.

Kommunal xidmətlər özəl sektora verilə bilər

İkinci hədəf çərçivəsində həmçinin, özəlləşdirmə və birbaşa xarici investisiyadan ötrü uyğun iş adamlarının cəlb olunması həyata keçirilməlidir.

Sənədin həmin hissəsində bildirilir ki, kommunal xidmətlər sahəsində səmərəliliyin və keyfiyyət səviyyəsinin təmin edilməsi məqsədilə özəl sektorun iştirakı nəzərdən keçirilə bilər.

Buna da bax: Ekspert: Manat gerçək dəyərini tapana qədər 'uçacaq'

“İnsan kapitalının inkişaf etdirilməsi”

Bu xəritədə əks olunan üçüncü hədəfdir.

Sənəddə təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi nəzərdə tutulur. Bunda məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi yüksəldilməli, təlim-tərbiyə texnologiyaları təkmilləşdirilməli, təmayülləşmə inkişaf etdirilməlidir.

İlk peşə və orta ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması da fəaliyyətlər sırasındadır.

Rəqabət qurumu yaradılması planlaşdırılır

Xəritənin 4-cü strateji hədəfi “Əlverişli biznes mühitinin inkişaf etdirilməsi”dir.

Buna da bax:​ Bu necə "üzən məzənnədi"?

Bu hədəfə çatmaqdan ötrü əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolu artırılmalı, azad rəqabət mühiti inkişaf etdirilməlidir.

Səmərəli vergi sisteminin təşviqi, dövlət xidmətlərinin çevikliyinin və səmərəliliyin artırılması, azad ticarət sazişlərinin bağlanması bu hədəf çərçivəsində həyata keçirilməli olan fəaliyyətlərdir.

Biznes mühitinin yaxşılaşdırılması məqsədi ilə ABŞ, Avstriya, Latviya, Litva, Macarıstan, Çexiya və başqa ölkələrin təcrübələrinə uyğun olaraq Azərbaycanda müstəqil fəaliyyət göstərən rəqabət orqanının yaradılması nəzərdən keçiriləcək.

Həmçinin beynəlxalq təcrübəyə uyğun Rəqabət Məcəlləsinin qəbulu nəzərdə tutulur.

Buna da bax: Özəlləşdiriləcək müəssisələrin tam siyahısı

Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində müəyyən edilmiş strateji hədəflərə nail olmaqdan ötrü 27 milyard manat həcmində investisiyanın tələb olunacağı proqnozlaşdırılır. Bu barədə adıçəkilən sənəddə qeyd edilib.

Bu ilin martın 16-da prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam vermişdi. Həmin sərəncamla da bu sənədin hazırlanmasından ötrü İşçi Qrup yaradılmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG