Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:33

Stalinin büstünə pulu İnternetdə topladılar


Surqutda Stalinin abidəsi
Surqutda Stalinin abidəsi

Abidəyə pulu internetdə toplayıblar?

Stalinin bürünc büstü Ob çayının sahilində qoyulub. Bu işin təşəbbüskarı Rusiya Federasiyası Kommunist Partiyası (rusca qısaltma adı – KPRF – red.) yerli özəyinin fəallarıdır. Onların sözlərinə görə, abidəyə pulu internetdə toplayıblar.

KPRF fəalları hökumətin icazəsini gözləməyiblər. Ümumiyyətlə, son illər Rusiyada Stalinə özbaşına abidə qoymaq hallarına çox rast gəlinir. Ancaq bu büst repressiya qurbanlarına qoyulacaq abidəyə dair nişandan, vur-tut, bir neçə metr aralıdadır. Repressiya qurbanlarının övlad və nəticələri isə, illərdir, öz əzizlərinə abidə qoyulmasına çalışsalar da, heç nəyə nail ola bilməyiblər.

Buna da bax:​ Penzada Stalinin büstü qurulub

KPRF fəalları hökumətin icazəsini gözləməyiblər. Ümumiyyətlə, son illər Rusiyada Stalinə özbaşına abidə qoymaq hallarına çox rast gəlinir.

Surqutda bu abidəni ucaltmaq istəyən “Naşa Pamyat” (“Xatirəmiz”) ictimai hərəkatı repressiya qurbanlarının övlad və nəvələrini öz ətrafında birləşdirir. Buralara sürgün olunanlar arasında var-dövləti əlindən alınmış kalmık və Həştərxan kəndliləri, Volqaboyu almanları, eləcə də qonşu Tümen vilayətinin sakinləri də varmış.

“Əsl vandalizm”

“Xatirəmiz” təşkilatının rəhbəri Pavel Akimov-un valideynləri onun dünyaya gəlməsindən 15 il əvvəl Tümendən sürgün olunublar. Akimov repressiya qurbanlarına abidə qoyulacaq yerin yanında Stalinə heykəl ucaltmağı sayqısızlıq və “əsl vandalizm” adlandırıb. O, bununla bağlı şəhər administrasiyasına müraciət etsə də, orada Stalinin büstündən heç nə eşitmədiklərini deyiblər.

“Xatirəmiz” təşkilatı repressiya qurbanlarına abidə qoyulacaq yerin yanında Stalinə heykəl ucaltmağı sayqısızlıq və “əsl vandalizm” adlandırıb.

Akimov-un sözlərinə görə, indi Surqutda valideynləri repressiya olunmuş 760 insan yaşayır:

“Bu, şəxsi təşəbbüsdür və abidə heç yerdə təsdiqlənməyib. Bu abidənin qoyulması qanunsuzdur”.

Akimov daha əvvəl şəhər komissiyası bələdiyyə torpağında Stalinə abidə qoyulması xahişini rədd edib.

Buna da bax:​ Ukraynada Stalin-in büstü qoyulub

Yerli kommunist fəal düşünür ki...

KPRF-in yerli şöbəsinin fəalı, Stalinə büst qoyulmasının təşəbbüskarlarından biri Denis Khanzhin-in fikrincə, repressiyaya uğrayanlar "zəngin" Surqut torpağına gəlib çıxdıqlarına görə Stalinə minnətdar olmalıdırlar. O bildirib ki, büst bu yerdə qəsdən qoyulmayıb:

“Biz bu layihəni “kraudfandinq” (İnternetdə pul toplamaq üsulu – tərc.) yolu ilə reallaşdıra bildik. 260 min rubla yaxın pul yığıldı... Biz toponimika komissiyasına ərizə verdik. Onlar üç ay içində ərizəyə baxıb bizə cavab verməli idilər. Cavab vermədilər, amma dedilər ki, məsələni hansısa “ictimai şura” həll etməlidir. Onlar bu şuranı yarım il ərzində yarada bilmədilər, biz də onu özümüz yaratdıq. Surqut ictimaiyyəti də "hə" dedi. Nizamnamə, protokol, - hamısı var. Sorğulara görə şəhər sakinlərinin 60 faizi bizi dəstəkləyir”.

Buna da bax:​ 40 manata Lenin, 100 manata patefon

“O vaxt totalitar, avtoritar rejim idi, ancaq hər şey şəxsiyyətdən asılıdır. Stalin bu sistemi xalqın mənafeyinə yönəltdi. Bütün bu qurbanlar xalqın mənafeyi üçün idi. Zaman elə idi ki, bunda Stalini günahlandırmaq çətindir".

Kommunist fəal düşünür ki, Stalinin büstüylə repressiya qurbanlarına qoyulacaq abidə “bir-birini tamamlayacaq”. Onun sözlərinə görə, Ob çayının sahili ona görə seçilib ki, insanlar cəbhəyə buradan gedirdilər:

“O vaxt totalitar, avtoritar rejim idi, ancaq hər şey şəxsiyyətdən asılıdır. Stalin bu sistemi xalqın mənafeyinə yönəltdi. Bütün bu qurbanlar xalqın mənafeyi üçün idi. Zaman elə idi ki, bunda Stalini günahlandırmaq çətindir. Stalinin özü bu məktəbi keçib. Onu sürgün ediblər, o isə cani yox, dövlət xadimi olub!”surqutlu KPRF fəalı Denis Khanhin belə deyir.

“Qanunsuzluq sübut olunsa, onu götürəcəklər”

Şəhər administrasiyasının rəsmisi Yekaterina Shvidkaya TASS agentliyinə bildirib ki, bu ərazidə Stalinin büstü qanunsuz qoyulub: “Böyük ehtimalla, büstün qeyri-qanuni qoyulmasına dair akt tərtib olunacaq. Bu, sübut olunsa, onu götürəcəklər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG