Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:38

SSRİ-nin dağılmasına sevinənlər çoxdur, ya bərpasını istəyənlər? [video]


Əliyevin heykəlinə şüar yazan gənc 10 il həbs aldı
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Əliyevin heykəlinə şüar yazan gənc 10 il həbs aldı [video]

Bu gün 8 dekabr SSRİ - Sovet Sosialist Respublikaları İttifaqının dağılmasının rəsmiləşdirilməsindən 25 il ötür. Bu ittifaqın dağılması haqda sazişi Rusiya, Belarus və Ukrayna imzalayıb. Elə həmin gün də MDB - Müstəqil Dövlətlər Birliyini yaratmışdılar.

25 il əvvəl bu gün

SSRİ-nin dağılmasına imza atanlardan biri də 1991-ci ildə Belarus parlamentinin sədri Stanislav Şuşkeviç deyir ki, həmin vaxt saziş imzalanmasaydılar Yuqoslaviya müharibəsi təkrarlana bilərdi:

"Sovet İttifaqı bizim görüşdən əvvəl, avqust çevrilişində artıq dağılmışdı. İndi Yuqoslaviya ssenarisinin təkrarlanması təhlükəsi yaranmışdı".

Buna da bax:​ SSRİ-nin dağılması AzadlıqRadiosunun xüsusi layihəsində

SSRİ-yə qayıtmaq istəyirlər

SSRİ-nin tərkibindən çıxmaq uğurunda Azərbaycanda da azadlıq hərəkatı başlamışdı. Həmin hərəkatının fəallarından olan Hikmət Hacızadə Azərbaycanın SSRİ-nin tərkibində olduğu illəri belə xatırlayır:

"Əhalinin 30 və ya 40 faizini qul durumuna salmışdılar. Onları zorla işlədirdilər, aclıq varıydı. Kəndçinin pasportu da yox idi. Onlar kənddən tərpənə bilməzdilər. Amma çox təəssüflər olsun ki, yenidən həmin dönəmə qayıdırlar. Eşitmişəm ki, müəllimləri, şagirdləri zorla pambıq sahələrinə aparıb işlədirlər".

SSRİ-nin əvəzinə nə quruldu?

Buna da bax:​ SSRİ öldü, MDB doğuldu, tarixi sənədi imzalayanlar danışır

Amma Hikmət Hacızadə əlavə edir ki, qurmaq istədikləri ölkə indiki Azərbaycan deyildi:

"Mən gözləyirdim ki, demokratiya, sosial azadlığı olsun. Azərbaycan da dünya demokratik düşərgəsinə qoşulsun, dünya bazarına çıxış olsun. Dövlətimiz sosial olsun. Yəni, dövlət kasıba, imkansıza kömək etsin. Ancaq yenə də SSRİ-dən yaxşıdı. Nəyəsə nail olmuşuq. Milli dövlətimiz var, tariximiz bərpa olub".

SSRİ haqda müxtəlif fikirlər səslənir. Bəs, gənclər SSRİ haqda nələr eşidiblər, SSRİ haqda hansı təsəvvürləri var. Özlərini eşidək:

SSRİ-ni necə təsəvvür edirsiz?
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

SSRİ-nin dağılması haqda isə bir mənalı fikirlər yoxdur. Kimi bu quruluşun dağılmasına sevinir, kimi isə əksinə təəssüflənir. Yazıçı Çingiz Abdullayev isə təzadlı bu fikri belə ifadə edir: "Kim ki SSRİ-nin dağılmasına sevinir, onların ürəyi yoxdur. Kim ki bərpasını istəyir, onların da ağılı".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG